Çılpaq halda döyülüb görüntüləri çəkilən müğənni: “Oğlum videomun altına şərh yazıb” – VİDEO

15

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Dana Durdana olub.

Müğənni, oğlunun “YouTube”da yazdığı şərhdən danışıb:

“Bir izləyici mənə zəng edib dedi ki, oğlunuz “YouTube”da videnun aşağısındakı şərh bölməsinə yazıb. Sözün düzü mən yox, menecerim cavab vermişdi. Hamı yazıb ki, “Bu xanımın hekayəsinə qulaq asdıq, İnşallah övladı ilə görüşər”. Oğlum yazmışdı ki, “Hamınız amin, amin yazırsız, amma mən istəmirəm, 2 ildən sonra mənə heç kəs lazım olmayacaq”. Özüm də görəndə çox pis oldum və dedim ki, nə olardı ki, o şərhi yazmazdı. Fikirləşirdim ki, bir gün fikri dəyişər, gələr, yenə də 16 yaşı olmasına baxmayaraq onu qucağıma alardım. Böyük və ya balaca olması heç nəyi dəyişmir, o mənim yenə də övladımdır. Heç nə deyə bilmərəm, yenə də onu çox gözləyirəm. Bəlkə də, hər gün ona olan duam, o övladımı həyatda göyə qaldırır”.