İlkin nəticələrə görə Lukaşenko səslərin 80,23%-ni toplayıb

66

Belarusda prezident seçkilərində ilkin nəticələrə görə Aleksandr Lukaşenko səslərin 80,23%-ni toplayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri bildirib.

Belarus Prezidentinin əsas rəqibi Svetlana Tixanovskya isə 9,9% səs toplayıb.