İLK DƏFƏ EŞİDƏCƏKSİNİZ: Qaşıqçı cinayətindən əvvəl və sonra 11 mesaj… – MKİ-dən HESABAT

    9

    Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Camal Qaşıqçı cinayətindən əvvəlki və sonrakı saatlarda cinayəti törədən qrupun nəzarətçisi olan çox yaxın bir məsləhətçisinə ən azı 11 mesaj göndərib.

    Bu haqda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli bir hesabatına istinad edən "Wall Street Journal”ın xəbərində deyilir.

    MKİ-nin hesabatına görə, şahzadə Məhəmməd tərəfindən elektronik mesajlar Səud əl-Kahtaniyə göndərilib. Xəbərdə mesajların məzmunu barədə məlumatın olmadığı bildirilir.

    MKİ və Ağ Evin nəşrə hesabatla bağlı şərh verməkdən imtina etdiyi bildirilir.

    Qeyd edək ki, Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. Jurnalistin cəsədinin harada olduğu barədə heç bir məlumat yoxdur./publika.az