İlin ən yaxşı baş məşqçiləri BİLİNDİ

369

FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adını elan edib.

Kişilərdən “The Best” mükafatına İngiltərə “Liverpul”una rəhbərlik edən Yurgen Klopp layiq görülüb. Almaniyalı mütəxəssis “Lids Yunayted”dən Marselo Byelsa və Almaniya “Bavariya”sından Hans-Diter Fliki geridə qoyub.

Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub. \\Report