İlin ən yaxşı baş məşqçiləri bəlli oldu

309

FİFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adını elan edib.  “The Best” mükafatının təqdim olunma mərasimində bu ada “Liverpul”un baş məşqçisi Yurhen Kloppun layiq görüldüyü bəyan edilib.

Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermədə birinci olan almaniyalı mütəxəssis Marselo Byelsa (Argentina, “Lids”) və Hans-Diter Fliki (Almaniya, “Bavariya”) qabaqlayıb.

Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub.