İlham Əliyev 3 generalı təltif etdi – SƏRƏNCAM

    9

    Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

    Hurriyyet.org xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

    Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

    Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

    Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.