İlham Əliyevdən “Tvitter”də növbəti paylaşım: “Bizi heç kim dayandıra bilməz”

90

“Dövlətimizin güclü iradəsi və güclü ordusu var. Bizi heç kim dayandıra bilməz. Biz haqq yolundayıq, sona qədər də bu yolu gedəcəyik!”.

Bu sözləri Prezident İlham Əliyev “Tvitter”dəki paylaşımında qeyd edib.

İlham Əliyev hər kəsin gücümüzü gördüyünü xüsusi vurğulayıb:

“Müharibə başa çatandan sonra nəinki bölgə, həm də dünya dəyişəcək. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlanacaq”.