İlham Əliyev “İlin siyasətçisi” seçildi

318

Rusiyanın nüfuzlu “Vedomosti” qəzeti illik “İlin siyasətçisi” adlı xüsusi layihəsinin nəticələrini dərc edib.

Virtualaz.org bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucularının seçimi ilə “İlin siyasətçisi” olub.

Respondentlər yazıblar ki, “Azərbaycan liderini haqlı olaraq ordusu 2020-ci ildə inamlı bir hərbi qələbə qazanan yeganə lider adlandırmaq olar və bölgənin standartlarına görə bu, həqiqətən bir qələbə idi”.

Qeyd edək ki, “Vedomosti”nin “İlin siyasətçisi” adına namizədlər siyahısında Rusiya, Türkiyə, Belarus, Fransa prezidentləri və ABŞ seçkilərində qalib gələn Co Bayden də yer alıblar.