İlham Əliyev: “Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini işğal etmək istədilər”

36

“Atəşkəsdən sonra 3 dəfə Hadrud qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Amma 3 dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə işğalçılıq siyasətini davam etdirməkdir”,- deyə, Prezident əlavə edib.