İldırım 22 nəfərin həyatına son qoydu

    12

    Hurriyyet.org xəbər verir ki, Pakistanın Azad Kəşmir Muxtar Vilayətinin Lesva rayonunda bazar ərazisini ildırım vurması nəticəsində 22 nəfər həlak olub.

    Vilayətdə baş verən sel fəlakəti və ildırım vurmaları nəticəsində 220 ədəd xırdabuynuzlu mal-qaranın tələf olduğu, 120 ev və 70 dükanın zərər çəkdiyi bildirilir.

    Hurriyyet.org