İLANLI DAĞA BAYRAĞIMIZI SANCAN ŞƏHİDİMİZ – VİDEOREPORTAJ

567

– Ata, mayordan sonra hansı rütbə gəlir?

Ürəyinə damıb sanki, cavabı belə olub:

– Şəhidlik rütbəsi…

Bu dialoq Vətən müharibəsində şəhid olan mayor Elnur Quliyevlə övladı arasında baş verir. ATV kanalı şəhid mayorun ailəsiylə görüşüb.

Şəhid anası Marusa Həsənova bildirir ki, oğlunun arzusu hərbçi olmaq imiş: “Balacalıqdan avtomat düzəldib oynayırdı. O Vətəni valideynlərindən üstün tuturdu. Qayğıkeş və mehriban ata idi”.

O, hərbi hissə komandirinin müavini olaraq əslində arxa cəbhədə qala bilərdi, ancaq buna razı olmayıb. Zabit heyəti və tabeliyində olan əsgərlərlə birgə kənd Horadiz və bir neçə yüksəkliyi azad edir. İlanlı dağa bayrağımızı sancır.

Şəhidin atası Eldar Quliyev bildirir ki, Füzilidə Qarğabazarı kəndinin yaxınlığında İlanlı dağ adlanan ərazidə 25-30 əsgərimiz mühasirəyə düşür: “Bunlar kəşfiyyatçı idi. Ermənilərlə üz-üzə döyüşdə ermənilərin səngərlərini alıb onları məhv ediblər. Öz əsgərlərini mühasirədən çıxarıblar. Lakin Elnur düşmən snayperinin gülləsinə tuş gələrək doğulduğu Füzuli torpağında da şəhidlik zirvəsinə ucalıb”.

Qeyd edək ki, şəhidimizin iki övladı var. Daha ətraflı ATV-nin süjetində: