Hindistan bizlərə rəngarəng təbiəti, gözəl musiqiləri, maraqlı filmləri, bir də dilənçiləri ilə tanışdır. Amma bu ölkə eyni zamanda qəribə, əcaib hadisələri, cahillikləri ilə də insanların diqqətini çəkir.
Belə hadisələrdən biri ölkənin şimalında Uttar Pradeşdə baş verib. Bulandişharda yaşayan 35 yaşlı Devendri adlı qadını odun yığan zaman ilan sancıb. Qadın bu haqda əri Murareyə xəbər verib. Qadının əri isə onu xəstəxanaya çatdırmaq əvəzinə arvadının bədənindəki zəhəri çıxarmaq üçün evə ilan ovçusu çağırıb.
Ovçusunun təlimatıyla zəhərlənən qadın inək nəcisinə gömülərək dəfn edilib. Az sonra qadın həyatını itirib.
Ətrafdakı insanlarsa ilan sancan qadının ərinin “başına ağıl qoymaq”, yaralıya yardım eləmək əvəzinə evin ətrafında oturub qadının aqibətinin nə olacağını gözləyirlər.
Arvadının qoluna ip bağlayıb yerinə toz sürtdüyünü bildirən cahil ər isə soruşanlara “onun öləcəyi ağlıma gəlmirdi” deyib.
İlan ovçusu isə qadını kobranın sancdığını təxmin elədiyini və bu üzdən onu torpağa gömdüyünü açıqlayıb.
Ərazi polisinın də mövqeyi qəribədir. Onlar 5 uşaq anasının həyatını itirməsi ilə bağlı heç bir şikayət almadıqlarını bildiriblər.
Bu cür hadisələr də yalnız Hindistanda baş verə bilər. Etiraz aksiyası keçirən fermerlər telefonlarının ”zaryadka” yığması üçün başlarının üstündə günəş panelləri (günəş batareyaları) daşıyırlar.
Hindistanda yaşayan Çençu Reddi adlı bir nəfər fermer əkinlərinin tez böyüməsi və digər fermerlərin ona qısqanclıq etməsini düşündüyü üçün tarlasını “bəd nəzərdən” qorumağa çalışıb. O, bir zamanlar porno ulduz olan Sanna Leonun bikinidəki plakatından müqəvva düzəldib.
Hindistanda sahili təmizləmək üçün camaat bir araya gələrək ərazidən 5 min ton tullantı toplayıb.
Bu ölkə gənclərinin əyləncəsi də bir qəribədir. Burda bir qrup gənc qatar reyslərinin üstündən Qanq çayına tullanırlar.
Qatar yaxınlaşan zaman üzərindən reyslər keçən körpüdən atılan gənclər əyləncələriylə hamını şoka salırlar.
Hurriyyet.org