“İlan qabığını dəyişər, xasiyyətini dəyişməz”

231

“İlan qabığını dəyişər, xasiyyətini dəyişməz” atalar sözü əbəs yerə yaranmayıb. Bu günlər Kəlbəcər və Laçından köçürülən, artıq bir daha qayıtmağa son ümidlərini belə itirən bəzi erməni sakinlərin əşyalarını yığmasına, evlərini yandırmasına və digər vəhşilikərinə şahidlik edirik. Hələ bir utanmaz-utanmaz 10 günlük möhlət də istəyirlər. Üç 10 illik gözləntinin yanında 10 gün nədir ki…  İstənilən halda nikbinliyimizi saxlamalıyıq. Bir də ki, ortalıqda Putinin xahişi var. Qurban olsunlar ona. Necə deyərlər, İtə yiyəsinə görə hörmət edərlər. Nə edək, nankorluq bunların qanında, genindədir.

Mənfur düşmənin bu xislətinin hələ uşaqlıq illərimdə, birgəyaşayış dövründə də bilavasitə şahidi olmuşam. Halbuki, o zamanlar “Qarabağ münaqişəsi” deyilən anlayış belə yox idi. Ötən əsrin 60-cı illərində doğulduğum Xaçmaz rayonunda böyük Konserv zavodunun fəaliyyəti ilə əlaqədar çoxsaylı millətlər məskunlaşmışdı. Qudyal çayının sol sahilində “Köhnə Xaçmaz” deyilən ərazi isə demək olar ki, əsasən ermənilərdən ibarət idi. Zavodun tikintisi ilə əlaqədar yenidən salınan Xaçmaz sakinləri onlara Kilvar ermənisi deyirdilər. Digər ermənilərdən fərqli olaraq, onlar tat dilində danışırdılar.

Xeyli sonralar bəzi mənbələrdən oxudum ki, əcdadları vaxtilə əsasən İrandan, Dağıstandan Azərbaycana köç edib, Quba və Oğuzda məskunlaşıb, sonra isə Bakıya gəliblər. Xeyli hissəsi də Dəvəcinin (indiki Şabran) Kilvar kəndində və indiki Xaçmaz rayonunun “Köhnə Xaçmaz” kəndində özlərinə yuva qurublar. Bu günün özündə də erməni seperatçıları «tat ermənilər», «erməni tatlar», «fars ermənilər», «erməni farslar», «irandilli ermənilər», «tatdilli ermənilər», “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, «xristian tatlar» və ya “erməni-qriqorian məzhəbli etnik tat” kimi absurd terminləri təkidlə elmi-siyasi dövriyyədə saxlamaqdadırlar. Əlbəttə, bu kimi məsələlərə münasibət bildirmək peşəkar tarixçilərin işi olduğundan erməni xisləti, nankorluğu ilə bağlı kiçik xatirəmi bölüşməklə kifayətlənirəm.

60-cı illərin ortaları idi. Rayonumuzda beynəlmiləlçilik əhval-ruhiyəsi hökm sürürdü. Ətrafimizda və yaxın qonşuluğumuzda, o zaman bizim də “Kilvar ermənisi” kimi tanıdığımız əsli-nəcabəti hələ də tam məlum olmayan xeyli bu millətin nümayəndəsi yaşayırdı. Hər evdə televizor yox idi. Mənim və böyuk qardaşımın israrlı təkidi ilə valideynlərimiz qəpik-qəpik yığdıqları puldan bizə “Rekord 12” adlanan bir televizor almişdılar. Futbola böyük maraq var idi. Bakının “Neftyanik” (indiki “Neftçi”) komandası SSRİ birinciliyinin 4-cüsü olmuşdu. Kirovabadın (indiki Gəncə) “Dinamo” komandası yüksək liqaya vəsiqə qazanaraq, 15 müttəfiq Respublikanın 20 komandası sırasında Neftçi ilə yanaşı Azərbaycanı təmsil edirdi.

SSRİ birinciliyi uğrunda Kirovabadın “Dinamo”su ilə Yerevanın Ararat komandası arasında gedən yarışa tamaşa etmək üçün, qonşular növbəti dəfə həyətə, üzüm çardağının altına çıxardığımız televizorun ətrafına toplaşmışdılr. Qonşumuz Suren Yerevandan gələn qonağı Vazgeni də özü ilə bərabər həyətimizə gətirmişdi. Vazgen deyilən bu nanəcib futbola tamaşa etmək əvəzinə özü ilə gətirdiyi “Ararat komandasının futbolçularının rəngli şəkillərindən ibarət kiçik kitabçanı vərəqləyib, bu,İştoyandır, bu,Mirzoyandır deyib, ona-buna göstərməklə qələbəyə öz əminliyini və arxayınçılığını nümayiş etdirirdi.

Elə bu zaman, aradan o qədər də çox keçməmiş, bizim gəncəlilər ermənilərin qapısından bir qol keçirdi. Hamı sevinclə ayağa qalxdı. Bu, Vazgen deyilən mənfur qonaq hiddətindən kitabı çırıq-cırıq edərək həyətə səpələdi. Hələ bu azmış kimi, qəzəbindən həyətdən çıxarkən darvazanın qapısını qonşuların üzünə çırpdı. Onu həyətimizə gətirən qonşu Suren belə pərtliyindən başını aşağı salıb, bir müddət qaldırmadı. Atam ani olaraq onun arxasınca çıxıb, qolundan tutaraq həyətə gətirdi və ona dərhal zibillərini yığışdır və burdan cəhənnəm ol komandasını verdi.

Bəli, bu millət, əgər buna millət demək mümkündürsə, belə millətdir. Demək istədiyim isə odur ki, Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin birmənalı “Dağlıq Qarabağa heç bir status verilməyəcək” bəyanatının qarşılığında işdir, Allah eləməsin, Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı arzuları çin olsa belə, ayıq-sayıqlığımızı heç bir halda zərrə qədər də azaltmamalıyıq. Çünki, bunlar hələ digər xislətləri bir yana qalsın, həm də gəmidə oturub gəmiçi ilə savaşanlardır.

Nadir İSRAFİLOV