İkinci Dünya Müharibəsi əsnasında 3 milyon insanın acından öldüyü dəhşətli hadisə

87

Bəşər tarixinin ən dəhşətli hadisələrindən biri …

Bütün dünyaya böyük təsir göstərən “Benqal qıtlığı” hadisəsi İkinci Dünya Müharibəsi əsnasında Britaniya Hindistanında yerləşən, 60.3 milyon əhalisi olan Benqaliyada yaşanıb. Benqaliya əhalisinin 4 milyona yaxın bir hissəsi aclıq, malyariya, antisanitariya vəziyyəti, əhalinin yerdəyişməsi kimi səbəblərdən yaranan bir qıtlıqla qarşılaşıb. Bu hadisə iqtisadiyyatın böyük bir hissəsinin alt-üst olması, milyonlarla insanın yoxsullaşması ilə nəticələnib.

Həmin zaman kişilər təsərrüfat sahələrini sataraq orduya qatılıb, qadınlar isə uşaqları ilə birlikdə böyük şəhərlərə köçüblər. Tarixçilər bu böyük aclığı “texnogen” kimi xarakterizə edirlər. Böyük əksəriyyət aclıq şəraitinin insanlar tərəfindən yaradıldığını desələr də, çox kiçik bir kütlə bunun “təbii səbəblərdən” qaynaqlandığını bildirirdi.

“Benqal qıtlığı”nda hərbi xərcləri qarşılamaq üçün minlərlə kəndlinin əlindən torpaq sahələri də alınıb. Üstəlik, fermerlər məhsullarına görə deyil, standart əmək haqqı alıblar. Hər gün aclıqdan xeyli insan ölərkən, əyalət hökuməti bildirirdi ki, heç bir aclıqdan söhbət gedə bilməz və hər şey qaydasındadır.

Bundan əlavə, böhranın geniş yayıldığı ərəfədə artıq humanitar yardımlar da fayda vermirdi. Lakin 1943-cü ilin oktyabr ayında Hindistan ordusu fondlara nəzarəti ələ keçirməyə müvəffəq oldu və bununla da edilən yardımlar əhəmiyyətli dərəcədə böyüdü. Nəticədə, aclıqdan ölümlər xeyli sayda azaldı. Lakin 1944-cü ildə yenidən insan ölümləri baş verdi. Bu dəfə isə insanların əksəriyyəti xəstəliyə tutuldular və bu dəhşətli hadisədə ümumilikdə, 3 milyon insan həyatını itirdi.