İki uşaq körpüdən yük qatarının üzərin tulandılar: biri yandı, digəri isə… – FOTO + VİDEO

    15

    Hadisə ilə bağlı istintaq davam etdirilir

    Türkiyənin Balıkesir əyalətində körpüdən hərəkətdə olan yük qatarına tulanan iki uşaqdan biri qatardan yıxılaraq ağır xəsarətlər alıb. Avtosfer.az haberler.com-a istinadən xəbər verir ki, 13 yaşlarında iki uşaq körpüdən hərəkətdə olan yük qatarının vaqonlarından birinin üzərinə atlayıblar. Bir müddət səyahət edikdən sonra uşaqlardan biri Birhat Elitaş tarazlığını itirərək vaqondan yıxılaraq yüksək gərginlikli xəttdə çırpılıb. Ərzaidən keçən bir şəxs tərəfindən relslərin yanında tapılan Elitaş ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə şahidlərinin çağrışı ilə hərəkətə keçən polis əməkdaşları digər uşaqlardan biri olan Deniz Çakmakın axtarışlarına başlayıblar. Relslərin üzərində əl fənəri ilə axtarılan Çakmak sonda evində tapılıb. Hadisə ilə bağlı istintaq davam etdirilir.