İki uşaq atası özünü asdı – TOVUZDA

    15

    Tovuzda intihar hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, rayonun Xatınlı kənd sakini, 1966-cı il təvəllüdlü Hüseynov Vasif Zeynalabdin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

    Məlumata görə, V. Hüseynov bir müddət əvvəl yaxın qohumu dünyasını dəyişən vaxtdan depressiyaya düşüb.

    Onun iki övladı var.

    Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır./apa/