İKİ QURUM BİR-BİRİNİ İTTİHAM EDİR – Bakını kəskin qoxu bürüməsinin səbəbkarı kimdir? – VİDEO

    15

    Beş gündür ki, havadan qaz iyinə oxşar pis qoxu gəlir, ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və SOCAR-ın Neft Emalı Zavodu bunun qarşısını almaq əvəzinə bir-birinin iddialarını təkzib edirlər.

    Hurriyyet.org-un məlumatına görə, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinqlər zamanı paytaxt ərazisində müşahidə edilən kəskin qoxunun səbəblərinin məhz SOCAR-ın Neft Emalı Zavodu ərazisindən qaynaqlandığını bildirmişdi. Məsələnin təfərrüatlarını araşdırmaq üçün adı çəkilən zavodun ərazisində olduq.

    Zavodun direktor müavini Zaur Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyini ittiham edərək qurumun yaydığı məlumatların həqiqəti əks etdirmədiyini bildirdi. Onun sözlərinə görə, zavod ərazisində havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı normadan artıq yox, az olub. Qurum rəsmisi deyir ki, qeyd edilən tarixlərdə zavod ərazisində laboraotiyada yoxlamalar zamanı havada hidrogen-sulfidin miqdarı işçi zonanın tələblərinə uyğun olub. Nə qədər gülməli olsa da, Zaur Qurbanov havada pis-qoxunun yayılmasının səbəbinin Xətai, Nizami və Səbail rayonları ərazisində olan yanacaqdoldurma məntəqələri olduğunu, eləcə də Bakıda avtomobillərin çox olmasından qaynaqlandığını bildirdi.

    Bu işdə birbaşa məsul olan iki qurumun nümayəndəsinin üz-üzə dialoqu isə təəssüf doğurur, "kim işini bilir, kim bilmir" sualını ortaya çıxarır.

    "Bakıdakı pis qoxunun yaranma səbəbi nədir" sualına hələ də real cavab tapa bilmirik. Çünki hər iki tərəf öz mövqeyinin doğru olduğunu sübut edə bilmir. Bu isə 5 gün ərzində minlərlə insanın kəskin pis qoxuya görə əziyyət çəkməsi gerçəyini dəyişmir. \\Xezerxeber.az

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: