İki qırıcı təyyarə toqquşdu – Almaniyada

    15

    Almaniyanın Meklenburq-Qərbi Pomeraniya əyaləti ərazisində, Şverin şəhərinin 80 kilometrlik məsafəsində ölkənin hərbi hava qüvvələrinə məxsus iki “Euriofighter” tipli qırıcı təyyarə toqquşub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, meşəlik ərazidə baş verən hadisədə hər iki pilot katapult edib.

    Hərçənd SVZ nəşrinə görə, təyyarələrin bəzi parçaları yaşayış sahəsinə düşüb.