İki gün əvvəl batan gəncin meyiti sudan çıxarıldı

    6

    İki gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb.

    Hurriyyet.org FHN-in saytına istinadən xəbər verir ki, 14.07.2019-cu il tarixində Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

    İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.