İKİ  XORUZ

69

Pritç 

Həyətdə toyuq-cücə saxlayırıq. Onlarla demək olar ki, özüm məşğul oluram. Xüsusən də körpə və uşaq yaşlarında. Çox vaxt onları əlimdə yedizdirir və buna görə də onlar məni görən kimi qaçıb yanıma gəlirlər. Onlar böyüdükcə daim müşahidə edir, xasiyyətlərinə, vərdişlərinə bələd oluram. Çox şeydə bir-birlərinə oxşasalar da, öz fərdi cəhətləri də var. Biri cəsarətli, biri qorxaq, biri davakar, biri sakit olur. Budur, onlar böyüyür, yerlərini dəyişirik və xasiyyətləri, bir-birlərinə münasibətləri tamamilə dəyişir. Artıq çolpa vaxtından ağressiv olur, hansı biri güclü və cəsurdursa, o birilərinin başından vurur. Əlbəttə, zərbə öldürücü olmur və zərbəyə məruz qalan şikayətlə civildəyib qaçır.

 Görünür elə bu uzun-uzadı müşahidələrin nəticəsidir ki, bu günlərdə belə bir qəribə yuxu gördüm. Yuxuda gördüm ki, həyətimizdə cavan cücələr artıq böyümüş, xüsusilə xoruzlar toyuqlardan çox-çox fərqəlnib həyətdə ağalıq edirlər. Gördüm ki, iki xoruz var. Biri qırmızı, biri ağ. Qırmızı da böyükdür, amma ağ demək olar ki nəhəngdir. Öz boylarına-buxunlarına uyğun olaraq özlərini aparırlar. Qırmızı xoruz daim ona buna sataşır. Özündən balacaların, hətta toyuqların başından vurur. Ancaq həyətdə kişilik, hegemonluq ağ xoruza məxsusdur. Qırmızı xoruz da bunu bilir və buna görə də yalnız ağ xoruzun hardasa başı nəyəsə qatılanda toyuqlara yanaşır. Ancaq məlumdur ki, xoruzlar arasındakı bu qardaşlıq şox da uzun çəkmir. Nəhayət bir gün…

 Bir gün ağ xoruz dənləyərkən qırmızı xoruz görünür mexaniki olaraq, öz aqressiv təbiətinə uyğun olaraq yəqin ki özü də bilmədən ağ xoruzun başına bir dimdik vurdu. Bunu görən ağ xoruz sanki ayıldı və həyətdə ondan başqa da bir “kişi” olduğunu dərk etdi. Buna görə bütün gücü ilə qırmızı xoruzu qovmağa başladı. Qırmızı xoruz ora-bura qaçdı, axırı ağ xoruz ona çatdı və necə hücum etdisə, dimdiyi qırmızı xoruzun boğazına keçdi. Qırmızı xoruz ha əlləşdisə, ha çırpındısa, boğazını qurtara bilmədi. Nəhayət, çırpınıb-çırpınıb yerə sərilib qaldı. Yalnız bundan sonra ağ xoruz çəkilib getdi.

Yuxudan oyandım və gördüm ki bu əhvalat tamamilə bizim xalqımızla ermənilərin münasibətlərini, onların qonşuluqda və hətta bir ərazidə yaşayışlarının tarixini xatırladır. Və budur, şanlı ordumuz Ali Baş Komandanın iradəsini yerinə yetirib mənfur, rəzil, satqın, xəbis və qorxaq erməniləri  “həyətdən” qovur. Çox təəssüf ki, biz onları əslində elə bizim torpaqlarımız olan öz respublikalarından da qova bilmirik. Çünki beynəlxalq şər qüvvələri, ilk növbədə Rusiya imperiyası buna imkan vermirlər. Hər halda indiki vəziyyətdə olan vətənimizi bu dəfə onlardan birdəfəlik təmizləyəcəyik. Bunun üçün heç bir qüvvə bizə mane ola bilməz. Çünki haqq-ədalət açıq-aşkar bizim tərəfimizdədir. Həənd ki, Fransa, Almaniya və s. nəhəng Avropa dövlətləri özlərini qanmazlığa vurub hələ də onları müdafiə etməkdədirlər.

   Əlisa  NİCAT