İki ölkə arasında böhran! – ƏSGƏRLƏR ƏLBƏYAXA DAVA ETDİ / VİDEO

87

Hurriyyet.org xəbər verir ki, dünyanın əhali sayına görə ən böyük iki dövləti olan Çin ilə Hindistan arasındakı mübahisəli Himalay sərhədində son həftələrdə artan gərginlik iki ölkənin əraziyə minlərlə hərbi göndərməsi ilə yeni müstəviyə adlayıb. İki ölkənin əsgərlərinin hücuma keçərək bir-birini yumruqlamasını göstərən videotəsvir sosial şəbkələrdə paylaşılıb.

İki ölkənin əsgərləri arasında 5 və 9 may tarixlərində Panqonq gölü və Şimali Sıkkım ərazilərində yumruq davaları baş vermiş və videolar sosial mediada paylaşılmışdı. 100 nəfərə qədər əsgərin yaralandığı hadisələrdən sonra Çin mübahisəli Ladax sərhəd bölgəsindəki həssas nöqtələrə minlərlə hərbçi göndərərək çadırlar qurub. Çin iqtidarının həmin ərazidəki hərbi bazasını böyütdüyü xəbəri də yayılıb.

Hindistan ordusunun Leh şəhərində yerləşmiş piyada qüvvələrinin bir qisminin gərginlik bölgəsinə aparıldığı bildirilir.

ABŞ prezidenti Donald Tramp iki ölkəni emosiyalar uymamağa çağırıb və Çinlə Dehli arasında vasitəçilik etməyi təklid elədiyini bildirib.

Hurriyyet.org