“İki dəfə “Semasko”ya apardılar, amma…” – Rəşad Süleymanovun həyat yoldaşı

645

Tanınmış jurnalist, hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov koronavirusdan vəfat edib.

Mərhum jurnalistin həyat yoldaşı Zümrüd Süleymanova bizimyol.info-ya Rəşadın səhhətinin hər gün ağırlaşdığını deyib: “İki dəfə “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəzinə) apardılar. Amma yer olmadığı üçün evə qaytardılar. Bu gün səhər saatlarında evdə vəfat etdi”.