​Şikayətçilər deputatı dələduzluqda İTTİHAM EDİR – Milli Məclisə yürüş…

    12

    Hurriyyet.org-un məlumatına görə, Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Beləliklə, 26 noyabr – 01 dekabr 2018-ci il tarixində elektron mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Rəfael Cəbrayılov çıxılmaz durumda… – İTTİHAM”, “Rəfael Cəbrayılov küll-miqdarda dələduzluqda ittiham olunur – Şikayətçilər Milli Məclisə yürüş edəcək” başlıqlı 2 məqalənin 8 elektron KİV-də yayılması ilə deputat Rəfael Cəbrayılov tutur.

    Hesabat dövründə mətbuatda adı ən çox hallanan deputatlar arasında 2-ci yeri “Deputat NARAZILIQ YARADIR – SABOTAJ”, “Seçiciləri onu "əli çıraqlı" axtarır… – Belə deyirlər…” başlıqlı 2 məqalənin 7 elektron KİV-də yayılması ilə deputat Əsabil Qasımov tutur.

    Nəhayət, mətbuatda adı ən çox hallanan deputatlar arasında 3-cü yeri isə ““143 MANATA BİR AY NORMAL YAŞAMAQ OLAR” – Hadı Rəcəbli yenə “gül vurdu”” başlıqlı 1 məqalənin 2 elektron KİV-də yayılması ilə deputat Hadı Rəcəbli tutur.