İŞİD-in yerini alacaq təşkilat gəlir – Rusiya

    6

    Əl Qaidənin güclənməsi ehtimalı yüksəlir.

    Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhdidlər Departamentinin rəhbəri Dmitri Feoktistov deyib. Onun sözlərinə görə, Əl Qaidə artıq gəlirləri baxımından İŞİD-i ötür:

    "Hesab edirik ki, İŞİD-in zəifləməsi Əl Qaidəni gücləndirəcək. Əl Qaidə də İŞİD kimi aktiv şəkildə kamikadzelərin hazırlanmasıyla məşğuldur. Hazırda Əl Qaidənin maliyyələşməsi İŞİD-i üstələyir. Bu gəlirlər daha çox kriminal fəaliyyət – silah qaçaqmalçılığı, narkoticarət, insan alveri, oğurluq vasitəsilə əldə edilir. Üstəlik, bu təşkilata hələ də Fars körfəzi dövlətlərindən ianələr verən xüsusi şəxslər var”. \\Axar.az

    HURRİYYET.ORG