İŞİD-in instagram səhifəsinin sahibi “Abu Cihad” Bakıda HAKİM QARŞISINDA

    6

    Suriyada İŞİD-ın tərkibində döyüşməkdə ittiham edilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

    Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxışı mayın 24-nə təyin edilib.

    Qeyd edək ki, E.Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, “Abu Cihad” ləqəbli ilə tanınıb.

    O, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

    Həmçinin məlum olub ki, E.Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.

    O burdan terror təşkilatın üzvlüyünə insan toplamağa çalışıb./lent.az/