İŞİD-in baş təşviqatçısı öldürülüb

    6

    İraq hərbi hava qüvvələrinin Suriyaya endirdiyi aviazərbələr nəticəsində İŞİD-in baş təşviqatçısı zərərsizləşdirilib.

    Bu barədə “Al Sumariya” telekanalı İraq kəşfiyyatından olan məlumatlı mənbəyə istinadən informasiya yayıb.

    İraq qırıcıları sərhəd yaxınlığında yerləşən İŞİD mövqelərinə sonuncu dəfə mayın 14-də zərbələr endirib. Dəşiş rayonuna edilmiş hava reydi nəticəsində terrorçuların komanda məntəqəsi tam məhv edilib.

    Ölənlər arasında İŞİD-in Suriya ərazisində təbliğat-təşviqatı ilə məşğul olan bölmənin rəhbəri Əbu Bəra Əş-Şami adlı yaraqlı yer alır.

    Mənbənin məlumatına əsasən, terrorçu müxtəlif videomaterialların, o cümlədən əsirlər üzərinə işgəncə və edam görüntülərinin hazırlanması və yayımı ilə məşğul olub.

    İraq hökuməti aviazərbələrin Suriya, İran və Rusiya ilə əlaqələndirildiyini bildirib. \\Oxu.Az

    HURRİYYET.ORG