II Qarabağ Savaşında Ermənistanın hərbi gücü necə çökdü…

324

Depressiya içində olan, defolt durumunu yaşayan, siyasi böhranla baş-başa qalan İrəvan hələ də çaşqınlıq içindədir

Ermənistan beynəlxalq Birliyi 30 ildir aldatmaq siyasətini yürdüb. Belə ki, qondarma “Dağlıq Qarabağ” rejimini müdafiə etmək üçün: “Onlar BMT qanunları əsasında xalqların öz müqəddaratını təyin etmək hüququndan istifadə edərək Azərbaycanın militarist siyasətinə qarşı silahlanaraq döyüşürlər” taktikası ilə hərəkət ediblər”.
II Qarabağ Savaşı bir daha göstərdi ki, Azərbaycan Respublikasının Ermənistan ordusu tərəfindən 1991-1994-cü illərdə işğal olunub. Azərbaycanın 20 faizdən çox ərazisi 27 il işğal altında qalıb. Qondarma “Dağlıq Qarabağ” ərazisində 150 min deyil, toplam 30 min nəfər erməni yaşayırdı və onların yarpıdan çoxu qocalar və uşaqlardan ibarət idi. İşğal altında olan bölgələrdə Ermənistan ordusuna aid silahlar isə, öz ölkəsində deyil, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilibdir.

İrəvandan Moskvaya qarşı yeni etirazlar

44 günlük II Qarabağ Savaşının ardından 3 noyabr 2020-ci il tarixdə Ermənistan müdafiə nazirliyinin yüksəkçinli zabitləri bildiriblər ki: “II Qarabağ Savaşında ona görə məğlub olduq ki, Rusiya bizə keyfiyyətsiz silahlar vermişdi. Siyasi baxmdan bütün bunlar yalnış addım idi. Savaş dönəmində Rusiyaya məxsus hava hücumundan müdafiə və radioelektron texnologiyalar və yeni savaş uçaqları keyfiyyətsiz idi. Ona görə də Rusiyadan radioelektron texnikası və digər hərbi texnikalar alınmamalıdır. Bu yaxınlarda Rusiyadan alınmış Su-30SM yeni döyüş uçaqları da şübhə altındadır” (mənbə:vzqlyad.ru).
Ermənistanın müdafiə naziri David Tonoyan daha ilginc açıqlama verib: “İndi bizim ordumuzun cəmi 20 faizi salamat qalıb. Savaş öncəsi Ermənistan ordusunda 40 min hərbçi var idi. Onların 80 faizi artıq yoxdur. 44 günlük savaş dönəmində isə, 32 min nəfər hərbçimiz iştirsak edibdir. Faktiki olaraq ordumuzun 3/1 bu savaşda həyatını itirib. Onlar üç qrupa bölünürlər: ölənlər, yaralılar və itkin düşənlərdən ibarətdirlər” (mənbə: https://vestikavkaza.ru/material/330350).
Ermənistan tərəfinin rəsmi etirafına görə II Qarabağ Savaşında 8472 hərbçi ölüb, 13 min yaralanıb, 502 nəfər əsir düşüb və 3 min nəfər hərbçi isə itkin düşüb. Qeyri rəsmi statiskaya görə təqdim olunan rəqəmlər heç də doğru deyil. Bu məsələdə hakimiyyət öz mövqelərini qorumaq üçün əsil həqiqətləri gizlədir. Əslində bu rəqəmlərdə Suriya, İran, İraq, Livan, Misir, Rusiya, ABŞ, Ukrayna, Argentina, Fransa, Yunanıstan, Yunan Kipri, Bolqarıstan, Gürcüstan və digər ölkələrdən könüllü olaraq savaşa qatılan erməni quldur dəstələrinin sayı məxfi saxlanılır. Ermənistanın özündə könüllü olaraq savaşa qatılanların çoxunun adları hərbi komissarlıqlarda qeydə alınmayıbdır (mənbə: arka.am).

Ermənistanın itirdiyi silahlar

İrəvan rəsmilərinin etirafına görə, Ermənistan ordusunun hərbi texnikasının faktiki olaraq 90 faizi II Qarabağ Savaşında ya tamamilə yarasız hala düşmüş, ya da qarşı tərəf, yəni Azərbaycan onları hərbi qənimət kimi ələ keçirib. 185 tank məhv edilib və onlardan 66-sı hərbi qənimət kimi yoxdur. Tankların arasında 52 ədəd T-72A (2 əd.), T-72AK (16 əd), T-72AV (35 əd.) T-72B (80 əd.), T-72 (bilinməyən modifikasiyalı),
44 ədəd bornlanmış döyüş maşını (44 ədədi qənimət kimi ələ keçib), 20 ədəd MTLB 3U (Zastava), M55 (4 əd), MTLB 3U-23 (2 əd.), MTLB S-60 (6 əd.), MTLB (2 əd.), 3SU-23-4 Şilka (1 əd.), BRM-1K (2 əd.), BRDM-2 (1 əd.), BTR-70 (4 əd.), BTS-2 (1 əd.), döyüş maşınları olaraq 43 ədəd piyada texnikasını itirib (22 ədəd qənimət olaraq ələ keçib), 21 ədəd BMP-1, 19 ədəd BMP-2 və 2 ədəd tanınmayan BMP,  tank əleyhində özüyeriyən 3 ədəd texnika (2-si qənimət kimi ələ keçib), 1 ədəd 1P149 Şturum (2 əd.), 9P148 Konkurs, 147 ədəd yedəyə alınan artilleriya qurğusu
(27-si qənimət kimi ələ keçirilib), 2 ədəd 85 mm-lik top, D-44 (2 əd.), 100 mm-lik MT-12 “Rapira” (5 əd.), 100 mm-lik KS-19 zenit topu (1 əd.), 122 mm-lik qaubitsa M-30 (65 əd.), 122 mm-lik qaubitsa D-30 (12 əd.), 152 mm-lik qaubitsa D-1 (52 əd.), 152 mm-lik D-20 (8 əd.), 152 mm-lik “Qiatsint=B“, 19 ədəd özüyeriyən artilleriya qurğusu (2 ədədi qənimət kimi götürülüb), 15dəd 122 mm-lik 2S1 “Qvozdika” (4 əd.) və 152 mm-lik 2S3 “Akasiya” (4 əd.), 72 ədəd reaktiv yayılım atəşi, 64 ədəd 122 mm-lik BM-21 “Qrad” qurğsu, 2 ədəd 273 mm-lik WM-80 (Çin isthesalı olan RS30), 1 ədəd 220 mm-lik TOS-1A “Solnçepek”, 4 ədəd 300 mm-lik BM-30 “Smerç”, 1 ədəd bilinməyən RS30, 1 ədəd ORTK R-17 “Scud-V”, 16 ədəd minatan, 52 ədəd PTRK, 8 ədəd optik qurğulu TPK, 2 ədəd PZRK “İqla-S”. 26 ədəd zenit-raket qurğusu, 3 ədəd 9K35 “Srela-10”, 14 ədəd “Osa” (Osa-AKM), 2 ədəd 2K12 “Kub”, 5 ədəd PU S-300S, 1 ədəd S-300 maşınla kompleksi, 1 ədəd Tor-M2KM. 12 ədəd radio-lokasiya stansiya, 2 ədəd P-18/M, 4 ədəd 36D6 (S-300-lər üçün),  1 ədəd CNR-125 (S-125-lər üçün), 2 ədəd 5N63S (S-300-lər üçün), 1 ədəd 19J6 (S-300-lər üçün), 1 ədəd 1S32 (2K11 “Kruq”), 1 ədəd 1S91 (2K12 “Kub”). 2 ədəd REB/REP, 1 ədəd R-330P “Piramida”, 1 ədəd Reppelent-1, 1 ədəd Su-25K döyüş təyyarəsi. 4 ədəd BPLA. 451 ədəd avtomobil texnikası (KamAz, Ural və sair). Bu maşınlardan 230-u döyüş zamanı əsir götürlüb (mənbə: https://kadara.ru/nagornyj-karabah/198923-zapad-podschital-vse-poteri-armenii-i-azerbajdzhana-v-karabahskoj-vojne/.

Defolt olmuş ölkənin aqibəti

Bu gün Ermənistanda hamını məşğul edən bircə sual var: “Müharibə bitdi. Haradadır bizim əsgərlərimiz?” Bu suala cavab vermək üçün Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin sözçüsü Şuşan Stepanyan belə cavab verib: “Döyüşüçlərin çoxu dincəlir və ya müalicə alırlar. Söz veririk ki, hamı evinə dönəcək. Bir qədər dözümlü olmaq gərəkdir” (mənbə: https://topwar.ru/177147-vojna-zakonchilas-pochemu-soldaty-ne-doma-mo-armenii-prihoditsja-otvechat-na-voprosy-rodstvennikov-voennosluzhaschih.html). Onun bu açıqlamasının ardından 25 gün ötsə də erməni əsgərlərinin çoxu hələ də evlərinə geri dönməyiblər. İrəvanda yerli politoloqlar onu da etiraf edirlər ki, tamamilə depressiyaya düşümüş erməni cəmiyyəti II Qarabağ Savaşı nədəni olaraq, günahları Rusiyanın üzərinə yıxırlar: “Biz Rusiyaya arxayın olaraq bu savaşa girdik. 44 günlük savaşda Rusiya susqunluq nümayiş etdirdi. Bundan əlavə Azərbaycana qarşı Kreml ənənəvi sərt təpkilərini nümayiş etdirmədi. 2016-cı ildən bu yana “yenilməz erməni partizanları” haqqında çox güclü təbliğatlar aparılırdı. Onların Suriya, Livan, İraq, Liviya və digər ölkələrdəki uğurları barəsində əfsanələr dolaşırdı. Bu savaşda bizlər onları görmədik. Döyüşə qatılanları barmaqla saymaq olardı. PKK, YPG, PYD kimi kürd təşkilatları könüllü olaraq gəldilər və döyüşdülər”.
Hərbi mütəxəssislər siyasətçilərdən fərqli olaraq: “Bizim əlimizdə “Su-30 SM kimi güclü döyüş təyyarəlri, İsgəndər və Toçka tipli uzaqmənzilli toplar var idi. Nədən onlardan istigfadə olunmadı?” deyə müdafiə nazirliyini ittiham edirlər. Bununla yanaşı, əhali arasında ən çox müzakirə mövzusu isə: “Əgər müharibə aparırsansa, güclü təbliğat vasitələrin olmalıdır. Ermənistan həm də informasiya müharibəsində uduzdu. Faktiki olaraq, baş nazir Nikol Paşinyan 44 günlük savaş dönəmində susqun qaldı” deyirlər (mənbə: http://новости-армении.ru-an.info/новости/44-дня-войны-и-ее-итоги-армянская-рефлексия-на-тему-поражения-в-карабахе/).

Müttəfiqlər savaş dönəmində susqun idilər

Ermənistan cəmiyyətində açıq şəkildə qeyd olunur ki, Rusiya, İran, Fransa və əksər ərəb dövlətləri ölkənin müttəfiqi hesab olunurlar. 44 günlük müharibədə onların heç birinin səsi çıxmadı. Elə bil ki, həmin dövlətlər ikibaşlı oyun oynadılar. Ermənistan bu ölkələrə daim özünün müttəfiqi kimi yanaşıb. İran və ərəb dövlətləri antitürk baxışları ilə bizimlə həmrəy olduqları üçün onlarla sıx əməkdaşlıq edirdik. Erməni könüllüləri həmin ölkələrdəki böhranlarda hakimiyyətlərə əlində silah dəstək olub. Bizim ölkənin ən böyük bəlası korrupsiyadadır. Vaxtilə Ermənistan ordusuna silah alınanda vaxtı keçmiş və köhnə silahlar alıblar. Azərbaycanın ən modern silahlarla təchiz olunması bizim məğlubiyyətimizin başlıca səbəbkarıdır. II Qarabağ Savaşına görə “Eçmiədzin Kilsəsi” də qınaq obyektinə çevriibdir. Kilsənin lazımınca işini qurmaması, susqun mövqe nümayiş etdirməsi, xaricdən könüllülərin səfərbər olunmasında bitərəf qalması çox acınacaqlıdır, deyirlər. Əhali onu da bildirir ki, aparılan təbliğata görə guya “Dağlıq Qarabağ”da 40-60 minlik ordu varmış. Bu qədər sayda hərbi güclə istənilən ordunu məğlub etmək çox asanmış. O zaman sual yaranır ki: “Bəs həmin ordu müharibə zamanı harada idi? Döyüşən, ölən, yaralanan və itkin düşənlərin barəsində verilən rəsmi statistika belə 40-60 minlik ordunun varlığını şübhə altına qoyur” (mənbə: https://mikle1.livejournal.com/11564389.html).
Qondarma “Dağlıq Qarabağ” rejiiminin və Ermənistanın apardıqları təbliğatlara görə, guya bölgədə 150 min nəfər əhali yaşayır. II Qarabağ Savaşı sübut etdi ki, həmin rəqəmlər kağız üzərindədir. Bölgədə orta hesabla 30 min nəfər əhali yaşayırmış. Hal-hazırda sülh danışlqları nədəni olaraq, Ermənistan tərəfi bölgədə ermənilərin sayının artırılması üçün bir sıra taktiki gedişlərə üz tutub. Bu, xarici donorların maddi yardımı ilə “bədbəxt xristian xalqı və ya qardaşları” adı ilə ermənilərin bölgəyə köçürülməsini necə təmin etmək. Depressiya içində olan, defolt durumunu yaşayan, siyasi böhranla baş-başa qalan İrəvan hələ də çaşqınlıq içindədir. Çünki, dünyanın özündə böhranlar yaşanılır. Ermənistana gərəkən dəstəyin verilməsi hələ ki, mümkünsüz görünür.

Ənvər BÖRÜSOY