II Qarabağ Müharibəsindəki qələbə milli həmrəyliyə çevrildi

342

2021-ci il işğaldan azad edilmiş torpaqlara BÖYÜK DÖNÜŞ İLİ olacaq

Azərbaycanda son 120 ildə vətəndaş cəmiyyəti və dövlətçilik anlayışı indiki qədər uzlaşmış şəkildə olmamışdı. II Qarabağ Müharibəsində əldə olunan uğurlar, Milli Ordumuzun müzəffər qələbəsi, şəhidlərimizin ruhu və qazilərimizin əzəməti milli birliyimizin təməlinə çevrildi. Artıq Azərbaycan cəmiyyəti bu birliyin dadını gördü və əbədiyyən onunla vahid düşüncə sisteminin içində inkişaf edəcəkdir. Bizdən fərqli olaraq, Ermənistan defol durumuna düşübdür. İndi hansısa xarici beynəlxalq güc ermənilərin harayına dəstək verə bilmir. Deklorativ qərarlar isə, sadəcə tövsiyyədən ibarətdir. Bunun əsas səbəbi ermənilərin tarixdə heç zaman dövlətçilik ənənələrinin olmamasıdır. Azərbaycan xalqının genetik baxımdan qan yaddaşının minilliklərə söykənən dövlətçilik ənənəsi və düşüncəsi adi münbir şərait şetişən kimi dərhal özünü isbat edir.

Dövlətçilik düzənində vətəndaş cəmiyyəti

Azərbaycan xalqının minilliklərə qədər uzanıb gedən dövlətçilik ənənə və düşüncəsi həm də genetik baxımdan passionarlıq təşkil edir. Ona görə də, iki yüz ildir bizlərə unutdurulan həmin dəyələr yenidən pöhrə verməkdədir. Antik çağda mövcud olmuş Arrata, Lullubi, Quti, Turukki, Manna, Maday, Atropat, Alban dövlətlərinin etnotarixi və ictimai baxımdan Azərbaycan xalqının varlığının başlıca dəyərlərindən biridir. Bu dövlətlər zamanla yaradılmış və iflasa uğrayan kimi, dərhal yenisi yaranmışdır. O da bəlllidir ki, türk dövlət sisteminin ənənələri başqa xalqlardan xanədanlıq anlayışı ilə fərqlənir. Belə ki, mövcud xanədanlığın adı dövlətin adı ilə eynilik təşkil etmişdir. Bu gün bizim tariximizdə adları çəkilən dövlətlər heç də o demək deyil ki, onlar ayrı-ayrı etnosları əhatə etmişdir.
Şimali Azərnaycanın ərazisində ilkin və ortaçağ dönəmində var olan dövlətlər isə bunlardır: Dərbənd Haşimilər əmirliyi, Xaçın Knyazlığı, Şəki Knyazlığı, Şəki Əmirliyi, Tiflis Əmirliyi, Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Ağsunqurlular, Ərdəbil Hakimliyi, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər,  Afşarlar və Qacarların əzəmətli tarixi şanlı salnaməmizdir. Bu nəhəng dövlətlər və imperiyalar zamanla obyektiv və subyektiv amillərə görə çöksə də, xalqımızı dövlət nədir onun ideyasını genetik modifikasiya fəlsəfəsi baxımından mövcudluğunu qorumuşdur.
Bundan əlavə, Şimali Azəbaycan ərazisində Bakı, Cavad, Dərbənd, Gəncə, İrəvan, Lənkəran, Naxçıvan, Qarabağ, Quba, Şamaxı və Şəki, Cənubi Azərbaycan ərazisində Ərdəbil, Marağa, Maku, Qaradağ, Sərab, Təbriz, Urmu, Xalxal, Xoy və Zəncan xanlıqlarını qurmuşdur. Bütün bunlarla yanaşı eyni zamanda Ərəş, Borçalı, İlisu, Qazax, Kutkaşen, Salyan, Şəmşədil sultanlıqlarını və Car-Balakən camaatlığı kimi fərqli dövlətçilik sistemərinə malik olmuşdur.
Müasir anlayışla qurulan dövlətlər bunlar olmuşdur: Azərbaycan Xalq Cümhuriyyəti (Bakı), Azadıstan dövləti (Təbriz), Azərbaycan Milli Hökuməti (Təbriz) və Azərbaycan Respublikası (Bakı). Bu faktların hər biri sübut edir ki, Azərbaycan xalqı hər zaman özünün dövlətçilik tarixinə malik olmuşdur. Ermənilərin tarixində bütün bunlar yoxdur. Biz son 30 ildə milli tariximizi öyrəndikcə, genetik baxımdan dövlətçilik ənənələrimizi öyrənir və ona sahib çıxmaq üçün dövlət və vətəndaş cəmiyyəti anlayışında bir bütün ola bilirik.

İşğaldan azad edilmiş torpaq həsrətinə son qoyulub

Ermənistanın hərbi təcavüzkarlığı və ekspansionist siyasəti II Qarabağ Müharibəsi nəticəsində tamamilə iflasa uğramışdır. İndi demək olar ki, işğaldan azad edilmiş torpaqlarımızda əsil quruculuq işlərinə başlanılıbdır. Azərbaycan dövləti hələ 2016-cı ildə məşhur “Aprel Döyüşləri” nəticəsində işğaldan azad edilən Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kəndinə ən qısa zamanda məcburi köçkünləri doğma torpaqlarına geri dönmələrinin modelini tətbiq etmişdir. İndi bu kənd nümunəvi yaşayış məskəni kimi BÖYÜK DÖNÜŞ üçün hər kəsə nümunə olaraq varlığını yaşadır. Biz bu kənddə olduğumuz zaman bircə şeyi müşahidə etdik. Bu, dövlət və vətəndaş cəmiyyətinin harmoniyasından doğan yeni həyat tərzindən ibarət yeniləşən Azərbaycan dövlətinin modelidir. Bu həqiqətləri gündəlik həyatında görən Füzuli, Cəbrayıl, Zəngilan, Laçın,  Qubadlı, Xocavənd, Ağdam, Kəlbəcər və Şuşa əhalisi inanır ki, doğma torpaqlara dönüş dövlət siyasətinin başlıca məramıdır. II Qarabağ Müharibəsinin nəticəsində Milli Ordumuzun əldə etdiyi tarixi qələbədən sonra hamılıqla bir ağızdan: “Mən daha qaçqın və ya məcburi köçkün deyiləm” şüarı ilə vətəndaş cəmiyyətinin üzvü olaraq dövlətin yanında yer aldı.
2020-ci il 27 sentyabrdan başlalyaraq 44 gün davam edən qələbələrin nəticəsində Azərbaycanda 50-dən çox siyasi partiyanın və yüzlərcə sayda vətəndaş cəmiyyəti təşkilatlarının dövlətə dəstək verməsi düşmənə qarşı ən böyük sarsıdıcı zərbələrdən birinə çevrildi. Yüzminlərlə sadə insanlar dövlətimizin rəhbərliyi altında aparılan bu müqəddəs müharibəyə dəstək verdilər. Onminlərlə insanlar könüllü olaraq döyüşə getdilər. Müharibə tam qələbə ilə bitəndən sonra, cəmiyyətdə dövlətə olan inam nəinki artdı, hətta onun yanında yer almaq üçün daha da sıx birləşmək istəyini sadə insanlar gizlətmirlər. Bunun əsil səbəblərindən biri də, dövlət səviyyəsində şəhidlərə və qazilərə, onların ailələrinə və yaxınlarına dövlət səviyyəsində göstərilən qayğının daha da artması böyük inam yaratmışdır. Hər bir şəhid ailəsinə və qaziyə dövlət səviyyəsində gərəkən dəstəyin verilməsi, onların yaralarına məlhəm olan reformların həyata keçirilməsi mənzərəsi olduqca möhtəşəmdir.
Təbii olaraq, bütün bunları bizə daim düşmənçilik siyasəti yürüdən Ermənistan da görür. Ermənistan məğubiyyətinin səbəblərini özündə araması və erməni cəmiyyətin bir neçə düşərgəyə parçalanması bir daha isbat edir ki, onlar heç zaman milli dövlət ənənələrinə malik olmayıblar. Ona görə ki, Qafqazda erməniləri xoşbəxt edəcək torpağa bağlılıq, dövlət olmanın düzəni və fəlsəfəsi tamamilə sıfra bərabərdir. İrəvandakı sosial şəbəkələrdə əmlak bazarı ilə bağlı ən çox yayılan informasiyalar yer alan: “Xankəndində mülk satılır və mebelləri ilə birlikdə” elanları ilə zəngindir. Deməli qondarma “Dağlıq Qarabağ” rejimi anlayışı erməni xalqına lazım deyil. Bir ovuc qanqsterin və faşizm ideologiyası ilə zəhərlənən ultramillitçiyə lazımmış bu gerizəkalı siyasət.
Azərbaycanda isə, işğaldan azad edilmiş hər kəndin və rayonun yenidən qurulması üçün dövlət proqramı çərçivəsində layihələr və infrastrukturların yaradılması üçün çox ciddi şəkildə işlər görülməkdədir. Bütün bunlar həm də gündəlik olaraq rəsmi KİV-lərdə cəmiyyət qarşısında hesabat şəklində təqdim olunur. Ona görə də 2021-ci ildə doğma torpaqlara böyük dönüş ili kimi baxılmaqdadır.

Şəffaflıq şəratində dövlət quruculuğu

2018-ci ilin aprel ayından sonra, Azərbaycanda məmur-oliqarxiya təfəkkür tərzinə bir dəfəlik əlvida deyilmiş və məmur-texnokratiya təfəkkürü ilə idarəetmə addım-addım inkişaf etməkdədir. Bu da öz növbəsində vətəndaş cəmiyyətinin inkişafı üçün başlıca səbəblərdən biridir. 2020-ci ildə II Qarabağ Müharibəsi sayəsində əldə olunan qələbə isə, aparılan dərin siyasətin pik nöqtəsidir. Beləliklə dövlət və vətəndaş cəmiyyətinin inkşaf düsturu formalaşmaqdadır. Siyasi partiyaların və ictimai təşkilatların qarşısına qoyulan süni əngəllər aradan qalxmış, rəsmi KİV-lərdə fərqli baxış və münasibətlərə səxavətlə yer verilməsi, hakimiyyətin gündəlik iş rejimi ilə bağlı hesabat xarakterli informasiyaların cəmiyyətlə bölüşülməsi Azərbaycan dövlətçiliyi  baxımından yeni düşüncənin formalaşması deməkdir. Proseslərin belə bir axarla inkişafı cəmiyyətdə uzun illər mövcud olmuş antoqonizmə son qoyulması ilə müşahidə olunur. Vətəndaş cəmiyyətinin əslində istəyi də budur. Vaxtilə regionların inkişaf dövlət proqramına laqeyd yanaşan sadə insanlar indi prosesin sürətlə inkişaf etdirilməsini tələb edirlər.
Çünki, fermerlərin alın təri ilə əkdikləri məhsullar artıq bəzi məmurların monopolist siyasətinin xaricində bazara çıxarılmaqdadır. Ona görə də ildən-ilə pambıq, üzüm, tütün, barama, dənli bitkilər, heyvandarlıq, mevə-tərəvəz və aqrar sektoun digər sahələrində canlanma müşahidə olunur. Ötən illərdən fərqli rayon və kəndllərdən paytaxt Bakıya əhalinin köç dalğası xeyli dərəcədə azalıbdır. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Şəki, Şirvan, Salyan, Bərdə, Lənkəran, Beyləqan şəhərlərindəki statistik rəqəmlər də sübut edir ki, Azərbaycan kəndlərində əhalinin boşalması kimi neqativ hallar aradan qalxmaqdadır. Ona görə ki, sadə kəndlinin hüquqlarını ehtiva edən islahatlar aparılır. Bu, həm də vətəndaş cəmiyyətinin inkişafı üçün çox vacib addımlardan biridir.
İndi sırada növbə işğal olunmuş ərazilərimizə BÖYÜK DÖNÜŞün təmin edilməsinin yollarının önə çıxarılması proseslərinə başlanılıbdır. Beləcə hər bölgədə yaradılacaq infrastrukturlar dövlətçiliik baxımıdan ölkəmizin inkişafına yeni tövhələr verəcək. Bu, Azərbaycanın 20 faizdən çox münbit torpaqlarımızdan özümüzün istifadə etməyimiz deməkdir. Beləliklə enerji resurslarından asılı ölkədən qeyri-neft sektorunun inkişaf etdiyi bir dövlətə çevrilməyimizin mərhələsi başlayacaqdır. Cəmiyyətdə əsil sosial rifaha bağlı dövlət modeli öz yerini tapacaqdır. II Qarabağ Müharibəsindəki qələbənin milli həmrəyliyə çevrilməsinin sirri bundadır.

“Hürriyyət”