“II Dağlıq Qarabağ təhlükəsi” və Rusiya

99

Ruslar ermənilərin öz ölkəsində məskunlaşmasına etiraz edirlər

III Yazı

Məşhur rus etnoqrafı Yevgeni Mixailov son illərdə ermənilərin kütləvi şəkildə Rusiya Federasiyasının Krasnodar, Stavropol və Rostov vilayətlərində kompakt şəkildə məskunlaşması siyasətini sərt şəkildə təniq edən mövzularla çıxış etdikdən sonra, bir sıra yurdsevər rus alimləri, yazıçılar və ictimai təşkilatlar da onun bu haqlı möqeyini dəstəkləyən addımlar atmağa başlayıblar. Onlar açıq şəkildə bildirirlər ki: “Ermənilər Rusiyada II Qarabağ sindromunun yaranmasına imkan verilməməlidir”.
Quzey Qafqazla bağlı çağdaş etnoqrafik düzən və məskunlaşma siyasətini araşdıran bütün mütəxəssislər bildirirlər ki, bölgə əhalisinin 60 faiznin erməniləşdirilməsi kimi dərin uzantılara bağlı siyasət yürüdülür və bunun qarşısı alınmalıdır.

Ruslardan təcrid olunmuş Rusiya bölgələri taktikası

Rusiya Federal Dövlət Statistika Komitəsinin araşdırmalarına görə, 1991-ci ildən  ölkəyə Gürcüstan, Azərbaycan, Dağıstan, Çeçenistan, Özbəkistan, Türkmənistan, Qazaxstan və Qırğızstandan toplam 2 milyon 370 min nəfər erməni vətəndaşı köçüb.
“Güney Federal Dairəsinə daxil olan Rostov, Stavropol və Krasnodar vilayətlərində isə 1 milyondan çox erməni məskunlaşıb. Artıq bölgədə elə kəndlər, qəsəbələr və şəhərlər var ki, orada əhalinin 80 faizini ermənilər təşkil edirlər. Moskva şəhəri və vilayətində yaşayan ermənilərin sayı 480 min nəfərdir. Bütün bunlardan rahatsız olan Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkaçev bildirib ki: “Miqrant problemi və bölgədə kriminal durumla yanaşı, etno-siyasi mənzərə acınacaqlıdır. Ona görə də, bütün Quzey Qafqaz regionlarının liderləri ilə təmaslara keçərək sınır bölgələrimizi ciddi şəkildə nəzarətə götürəcəyik”.
Ermənilərin bölgədə ekspansiya siyasətini nəzərə alaraq qubernator xatırladıb ki: “Bölgə qan çəlləyinə bənzəyir. İstənilən anda alovlana bilər. Biz rus-kazakları, könüllülər və polisin dəstəyi ilə sınır bölgələrimizə nəzarəti gücləndirəcəyik”.
Ancaq, demoqraflar, etnoqraflar və sosioloqlar bildirirlər ki, Krasnodar diyarında ermənilərin rəsmi 300 min, qeyri rəsmi sayları 500 min nəfərdir. Durumun belə bir həddə çatması sonucu olaraq, onların sayı bir miyona kimi arta bilər. “SAR” (Soyuz Armyan Rossii-Rusiya Erməniləri İttifaqı) təşkilatının sədri və məşhur milyader Ara Abramyanın etirafına görə Krasnodar diyarında onların sayı indiki halda 650-700 min nəfər arasındadır. Rus demoqraf alimlərinin fikrincə Krasnodar, Rostov və Stavropol bölgələrində ermənilərin sayının sürətlə artmasının ucbatından bölgədə ruslar milli azlıqlara çevriliblər. Ermənilər sadəcə məskunlaşmırlar, həm də yerli bələdiyyələrdə, dövlət idarələrində, vilayət və yerli dumalarda üstünlük qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu da öz növbəsində yerli idarəetmə sistemində qəbul olunan bir sıra qərarlar sadəcə ermənilərin maraqlarına xidmət edir. Xüsusilə iqtisadi sahədə Dağıstan və digər Quzey Qafqaz bölgələrinə bağlı diasporun qazanclarına da sahib çıxıblar. Krasnodar diyarının sabiq qubernatoru Nikolay Kondratenko qeyd edib ki: “Təkcə Adler şəhərində orta məktəblərdə təhsil alan çagirdlərin 50 faizi ermənilərdir. Onlar bütün torpaqları əllərindəki para ilə uf demədən kasıb əhalidən alırlar. Beləcə ruslar tamamilə iflas durumuna düşüblər”.

Qara dəniz sahillərindən şikayət var

Etnoqraf alim Yevgeni Mixaylov bildirir ki, Krasnodar diyarının Qara dəniz sahilləri və bölgədəki kəndlər, qəsəbələr və şəhərlər Krım yarımadasına qədər uzanan bölgədə əhalinin etnik tərkibi ermənilərin xeyrinə xeyli dərəcədə dəyişibdir. Bu bölgə sanki, “İkinci Ermənistanı” xatırlardır. 
1911-ci ildə rus alimi Nikolay Şavrov belə yazırdı: “Güney Qafqaza Çarlıq Rusiyası tərəfindən köçürülən 1 milyon 300 min erməni əhalisinin bir milyonunun erməniliyə heç bir aidiyyatı yoxdur. Çarlıq Rusiyasının “Alban Apostol Kilsəsi”ni ləğv etməsi və həmin dini ritual mərkəzlərinin ermənilərin ixtiyarına verməsi gələcəkdə Rusiya üçün daim fəlakət mənbəyi olacaq”. Bu gün həmin bəlanın izlərini rus xalqı yaşamaqdadır. Belə ki, Krasnodar diyarının Soçi, Anapa, Apşeron, Beloreçenski, Tuapse və digər inkişaf etmiş şəhərlərdə demoqrafik baxımdan üstünlük ermənilərin tərəfindədir.
Ermənilərin Quzey Qafqaza, özəlliklə də Krasnodar, Stavropol və Rostov vilayətləri daxil olmaqla köçünün mənzərəsi belədir:
1. Abxaziyadan olan miqrantlar (əsasən Soçidə məskunlaşıblar),
2. Azərbaycandan olan qaçqınlar (həm də Dağlıq Qarabağdan olanlar),
3. Gürcüstanın Ahısqa vilayətindən köçənlər gələnlər (Axalkələki və Ninotsmind onlar əsasən diyarın Kazan, Qulkeviç, Kropotkin, Timaşevskidə yaşayırlar),
4. Ağır həyat şərtlərinə görə Ermənistandan gələn miqrantlar,
5. Orta Asiyadan olan miqrantlar,
6. Çeçenistan və digər Quzey Qafqaz bölgələrindən olan miqrantlar.
Ermənilərin əsas tələblərindən biri də regionun “II Dağlıq Qarabağ”a çevrilməsinin alt qatı 1925-ci ildə Krasnodar diyarında “erməni milli-mədəni muxtariyyatı rayonu” kimi ayrıca xüsusi milli statusa malik bölgənin status qazanmasıdır. 1937-ci ilə kimi Azov-Qara dəniz hövzəsində belə bir rayon mövcud olmuşdur. 1953-cü ildə həmin rayon ləğv edilibdir. ABŞ-da yaşayan tanınmış milyader Kirk Kirkoryana (müğənni Filipp Kirkorovun əmisi) məxsus “Linsi Fondu”nun hesablamasına görə, Soçi əhalisinin 25 faizinin, Vesyeloe, Qornoe Loo, Nijnaya Şilovka, Çereşnya, Vizşnevka, Volkovka, Vısokoe, Verxneveseloe, Baranovka, Yuxarı Yurt  və digər kəndlərdə əhalinin 100 faizi ermənilərdir. Armavir şəhəri öz mədəni mühiti ilə ermənilərin tama nəzarətinə keçib. Burada fəaliyyət göstərən “Arin Berd” Erməni Mədəniyyət Mərkəzinin hazırladığı proyektlər əsasında Qafqazda erməni siyasətinin uzantıları olaraq, qeyd olunur ki: “Hər il orta hesabla Ermənistanı 30 min nəfər ömürlük tərk edir. 2006-2007-ci tədris ilində Ermənistanın orta məktəblərində 458 min şagird oxuyurdusa, bu rəqəm 90 minə enib. Miqrantların 84 faizi Rusiyaya, 8.8 faizi Ukraynaya, 1.9 faizi isə ABŞ-a köçürlər. Beləliklə də Rusiya üçün ənənəvi erməni köçü siyasəti rəsmi status qazanmışdır. “Makroregion” taktikası ilə həkərt edən ermənilər “Güney, Quzey Qafqaz və Krım Federal Dairəsi”ni hədəf götürüblər. Rusiya Federal Dövlət Statistika Komitəsinin açıqlamasına görə ölkə üzrə əhalinin etnik tərkibi məsələsində ermənilər artıq 7-ci yerdədirlər.
Məşhur etnoqraf və sosioloq alimlər Andrey Serikov və Vladimir Çernous bir araya gələrək Qara dəniz və Quzey Qafqaza köçən miqrantlarının dinamikası ilə bağlı belə yazırlar: “Ermənilər keçmişində yaşamağı sevən toplumdur. Ona görə də Rusiyaya miqrant kimi köç etdiklərində ölkənin iqtisadi və siyasi baxımdan strateji hədəflərini nəzərə alırlar. Eynilə XVIII-XX yüzillikdə olduğu kimi. Buna identik yanaşdıqda bütün proseslər canlı olaraq öz tablosu ilə üzə çıxır. Belə bir durumdan təbii olaraq, yerli rus əhalisi çox narazıdır. İstənilən an ruslar və ermənilər arasında münaqişələr yarana bilər.

Rusiyada erməni diasporunun xarakteristikası

Rusiya Federasiyasında 193 etnosun yaşaması faktı şoxdan elmə məlumdur. Bu prosesdə ruslardan savayı daim aktivlik göstərməyə çalışan ermənilər olmuşlar. Onlar Çarlıq Rusiyası dönəmindən miras qalmış “zopa” rolunu oynamağa davam etməyi sevirlər. Ruslarla eyni kilsə siyasətinin içində olan ortodoks ideoloji sistemlə bağlı ermənilərin manever imkanları genişdir. Hətta rus kilsəsinə alternativ olaraq “Erməni Apostol Kilsəsi”ni belə yarada biliblər. Başqa bir ölkədə ermənilərə bunca hüquq və səlahiyyətlər verilməyib. Gürcüstan, Suriya, ABŞ, Kanada, Hindistan, Ukrayna, Fransa, Livan və başqa ölkələrdə erməni kilsəsi bu qədər güclü dayaqlara malik deyil. Onların Rostov, Krasnodar və Stavropol vilayəti ilə yanaşı, Krımda dini baxımdan Rusiyaya tabe olmaları böyük bir oyunun bir parçası olmamaq deməkdir. Ermənilər tarixdə bir dəfə “Ermənistan” adı altında Rusiyaya birləşmək istəyiblər. Bu, 1917-ci ildə olmuşdur. Ermənisdan adı altında Rusiyanın Quzey Qafqaz bölgəsi statusunu qazanmaq üçün bu addım atılmışdır. İkinci dəfə belə bir cəhdi 1991-ci ildə etmişlər. Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, dotasiya ilə yaşayan Ermənistanı xilas taktikası ilə bu addımı atdılar. İrəvandakı Dövlət Statistika Xidmətinin verdiyi açıqlamaya görə, 1991-1993-cü illərdə Ermənistanı 677 min nəfər tərk edib. Bu proses daim davam edir. Onları vətən və dövlət, erməni kimliyi deyil, yaşadıqları ölkənin zənginləri olmaq ideyası düşündürür. Tanınmış erməni etnoqrafı Vahan Ter-Akopyan qeyd edir ki, çoxmillətli yaşam tərzindən fərqli olaraq polietnik düzənə önəm verən ermənilər anlamırlar ki, indiki yaşam tərzi çoxsəslilik anlamı ilə öz dinamikasını qoruyur. İndi nə Moskva, nə də Kiyev knyazlığı dönəmi deyil ki, imtiyazlı toplum kimi istədiyini edə biləsən. Cəmiyyətin sosiallaşması da monoetnik düşüncə tərzindən uzaqdır.
40 ildən çox həyatını Quzey Qafqaz bölgələrinin etnoqrafik düzəninə həsr etmiş Maksim Qluxovun “nədən erməniləri sevmirsiniz” sualına cavabı belə olmuşdur: “Onlar qədim Finikiya dövlətinin yanında yer almaqla Yaxın Şərqdə güclü dayaqlara sahib çıxmışdılar. Onlar Mesopatamiyaya Hindistandan köç etdiklərində mədəni və iqtisadi baxımdan sarayın ən yaxın yerində məskən salmaq istədilər. Onlar islam xilafəti meydana gələndə hətta etnik kimliklərini dəyişdirdilər. Onlar Atabəyliklər, Ağqoyunlu, Qaraqoyunlu, Osmanlı, Səfəvilər və Qacarlar dövlətlərində imtiyazlı bir toplum olaraq istənilən normal yaşam tərzinə malik idilər. Tarixdə o da bəllidir ki, ermənilər hansı böyük dövlətə sığınıblarsa, sonunda həmin dövlət süquta uğrayıb. Bunun suçu da özlərindədir. Məğlubiyyətə uğradıqdan sonra, həmin nəhəng dövləti təmsil edən etnosdan intiqam almağa çalışıblar. Qarabağda gedən 30 illik savaşın da gerçək üzü budur. Rusiyada tam məskunlaşdıqdan sonra, bu dəfə orada özünün xəstəliyini ortaya qoyacaq”.     

Ənvər BÖRÜSOY