İğtişaşa qoşuldu, spikerin kreslosunda poza verdi, 1 gündən sonra meyidi tapıldı

192

Noyabrın 10-da İrəvanda kütləvi iğtişaş zamanı Ermənistan parlamentinə hücum edən kütlənin arasında olan, spiiker Ararat Mirzoyanın kreslosunda oturub siqaret çəkən nümayişçinin meyidi bir gündən sonra Razdan körpüsünün altında tapılıb.

Bu barədə Panorama.am saytı yazıb. Polis məlumatı təsdiqləyib.

Meyidi tapılan şəxsin intihar etdiyi bildirilir. Belə anlaşılır ki, həmin şəxs Ermənistan rəhbərliyinin imza atdığı kapitulyasiya altına görə depressiyaya düşüb və körpüdən atılmaqla həyatla vidalaşıb. Ya da onu sadəcə, nümayişçliər tərəfindən möhkəm döyülmüş spiker Mirzoyanın adamları körpünün üstünə gətiriblər.

Musavat.com