İdlibdə iki türk əsgəri şəhid oldu – Yaralılar var

    9

    Suriyanın İdlib bölgəsində keçirilən "Bahar Qalxanı" əməliyyatında Türkiyə ordusu daha 2 şəhid verib.
    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, rejim qüvvələrinin açdığı atəş nəticəsində 3 əsgər isə yaralanıb. Hazırda əməliyyatlar davam edir. \\BakuPost.az