İddia: “Paşinyanı amerikalılar gizlədir”

186

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın hazırda ABŞ-ın Ermənistandakı səfirliyinin binasına sığındığı iddia edilir.

Bazar ertəsi günü – 9 noyabr tarixində  Paşinyan Qarabağdakı hərbi əməliyyatların tam dayandırılması barəsində birgə byanatı imzaladıqdan sonra İrəvanda etiraz aksiyaları başlayıb. Etiraz iştirakçıları hökumət binasına hücum ediblər, Nikol Paşinyanın kabinetinə və parlamentin iclas zalına zorla daxil olublar.

İrəvandakı “Politik.am” saytında dərc olunmuş məlumatda deyilir: “Nazirlər Kabinetindəki mənbələrimizin verdiyi informasiyaya görə, Paşinyan bu müddət ərzində ABŞ-ın Ermənistandakı səfirliyinin binasında gizlənib. Bura onun üçün ən təhlükəsiz yerdir”.

Bundan əvvəlki versiyalarda Paşinyanın Ermənistanın Müdafiə Nazirliyinin sığınacağında gizləndiyi iddia olunurdu.