İddia: “Merkel Yunanıstanı hərbçilərini adalardan çıxarmağa çağırıb”

63

Hurriyyet.org xəbər verir ki, Şərqi Aralıq dənizində Ankara ilə Afina arasındakı böhrandan sonra Egey dənizindəki adaları silahlandıran Yunanıstana Almaniya iqtidarı tərəfindən xəbərdarlıq edildiyi iddia edilir.

Türkiyə ilə Yunanıstan arasındakı “NAVTEX” gərginliyi ilə yanaşı, yunan tərəfi Egey dənizindəki adaları silahlandırmağa davam edir. Yunan mətbuatında dərc edilən iddiaya görə, Almaniyanın Baş naziri Angela Merkel Yunanıstanın Baş naziri Kiriakos Miçotakisdən Egey adalarındakı yunan hərbçilərini oradan çıxarmasını tələb edib.

Türkiyədə dərc edilən “Yeni Şafak” qəzetinin Yunanıstanda nəşr edilən “ESTIA” qəzetindən gətirdiyi sitatda deyilir: “Almaniya hərbçilərini adalardan çıxarması üçün Miçotakisə təzyiq göstərir”.

Beynəlxalq hüquqa əsasən, qeyri-hərbi statusda yer alması lazım olan adaların silahlandırılması Türkiyənin milli təhlükəsizliyi üçün təhdiddir.