İddia: “İncirlik Yunanıstana köçürülə bilər”

294

Hurriyyet.org xəbər verir ki, ABŞ-da respublikaçı senator Ron Conson ABŞ-ın İncirlikdəki hərbçilərini yunan adalarından birinə köçürmək niyyətində olduğunu söyləyib. Yunan mətbuatı da bununla əlaqədar ciddi bir iddia irəli sürüb. “Greek City Times” informasiya portalının yazdığına görə, ABŞ-ın Türkiyənin Adana vilayətindəki İncirlik Hava Bazasına yerləşdirdiyi 50 nüvə başlığını Yunanıstana köçürməyə hazırlaşdığı ilə bağlı şayiələr dolaşmaqdadır. Xəbərdə deyilir: “İncirlik Hərbi Hava Bazası 1955-ci ildən bəri Türkiyə ilə Amerikanın birgə nəzarəti altındadır. Baza ərəb dünyasına qapının astanasında yerləşir və Sovet İttifaqına qarşı ABŞ nüvə bombalarını toplamaq üçün münasib bir yer olduğundan NATO ittifaqının ən strateji məntəqələrindəndir”.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin başçısı Ron Conson Amerika mətbuatına açıqlamasında Prezident R.T.Ərdoğanın “narahatlıq verən” xarici siyasətinin amerikalıları İncirlik bazasından getməyə təşviq elədiyini deyib: “İncirlikdə nə olacağını bilmirik. Ən yaxşısına ümid edirik. Lakin ən pisini də planlaşdırmalıyıq. Türkiyədəki varlığımızı və əməkdaşlığımızı davam etdirmək istəyirik. Bu strateji dəyişikliyə gedəcəyimizi hesab eləmirəm, amma hesab edirəm ki, vəziyyətin reallığına müdafiəçi mövqedən baxmalıyıq. Vaxtilə Ərdoğan amerikalıları İncirlikdən çıxara biləcəyini, 50-yə qədər nüvə başlığının bölgədə yeni bir evə ehtiyac duya biləcəyini söyləməkdən çəknməmişdi. “İncirlik”dən çıxış ehtimalına qarşı hal-hazırda Yunanıstan alternativ hesab olunur. ABŞ donanması Yunanıstanın Krit adasındakı Souda körfəzində baza qurur və Vaşinqton ilə Ankara arasındakı gərginliklə paralel şəkildə bazanın əhəmiyyəti artır. Ərdoğanın tutduğu yol çox narahat edicidir. Yunanıstanla hərbi əməkdaşlığı artıqmağımızın və inkişaf etdirməyimizin səbəblərindən biri də budur. Suda körfəzindəki varlığımızı gücləndiririk. Dürüst olmaq lazımdırsa, Türkiyədəki varlığımız təhdid altındadır”.