İddia. Bəhreyn İsraili tanımağa hazırlaşırmı? Hansı şərtlə?

75
Flag of Israel

Hurriyyet.org xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin ardından Bəhreynin də İsrail ilə münasibətləri normallaşdıqmaq razılaşması əldə edəcəyi iddia edilir.

İsrailin İctimai Mətbuat Təşkilatı olan KAN-ın verdiyi xəbərdə Tel Əviv ilə Əbu Dabi arasında münasibətlərin normallaşdırılması razılaşmasının imzalanmasının ardından Bəhreynin də İsraili tanıyacağı iddia edilir.

Adı açıqlanmayan israilli mənbə BƏƏ ilə İsrail arasındakı razılaşmanın bu ayın ortasında Vaşinqtonda imzalanmasının gözlənildiyini bildirib.

ABŞ Xarici İşləri naziri Mayk Pompeo ərəb ölkələri ilə İsrial arasında münasibətlərin normallaşdırılması üçün çıxdığı Yaxın Şərq səfəri çərçivəsində ötən ay Bəhreynə də səfər eləmişdi.

Beynəlxalq mətbuatda dərc olunan xəbərdə Bəhreyn hakimiyyətinin İsrail ilə münasibətləri normallaşdırmaq üçün müstəqil Fələstin dövlətinin qurulması şərtini irəli sürərək, Pompeonun təklifini üstüörtülü şəkildə rədd elədiyi qeyd edilmişdi.