İddia: BƏƏ F-35 satın almaq üçün ABŞ-a müraciət edib

60

Hurriyyet.org xəbər verir ki, İsrail ilə münasibətlərini normallaşdıran Birləşmiş Ərəb Əmirliklərinin F-35 qırıcılarını ala bilmək üçün ABŞ-a rəsmən müraciət elədiyi xəbəri yayılıb.

“Blumberq”in adı açıqlanmayan amerikalı mənbələrə istinad elədiyi xəbərdə BƏƏ-nin İsrail ilə razılaşmadan bir həftə sonra rəsmən müraciət elədiyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp ilə Baş müşaviri Cared Kuşner BƏƏ-yə F-35 hərbi təyyarələrinin satışına yaşıl işıq yandıran açıqlamalar versələr də, İsrail bu sövdələşmə ehtimalından narahat olduğunu bildirmişdi.

İsrail ilə BƏƏ və Bəhreyn ABŞ-ın vasitəçiliyi ilə Ağ Evdə keçirilən mərasimdə “normallaşdırma” razılaşmasını imzalamışdılar.