İcra başçısının oğlu 1 milyon manata obyekt aldı – Sabiq nazirin dayısı oğlu BİZNESİNİ GENİŞLƏNDİRİR – FOTO

    18

    Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.

    İcra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtınBinəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki "Bellezza" gözəllik mərkəzini istifadəyə verib.

    Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

    Qeyd edək ki, Dəyanət Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır./unikal.org/

    Onu da qeyd edək ki, D.Seyidəliyev həm də sabiq nazir Səlim Müslümovun dayısı oğludur.