İcra başçısı Sabirabaddakı dəhşətli qəzadan danışdı: “Sürücünün arvadı da ölüb…”

    24

    Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Şəhriyar kəndində 6 nəfərin ölümünə səbəb olan qəzaya münasibət bildirib.

    Hurriyyet.org xəbər verir ki, başçı "Bizim Yol"a açıqlamasında hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunduğunu qeyd edib:

    “Hadisənin səbəbi bəllidir. Bunlar öz torpaqlarını becərmək üçün torpaq sahələrinə gedirmişlər. Bir ailənin üzvləridir. Traktorun lapedində gediblər. Kanalın qırağında lapedin şkulkası çıxıb, aşıb çaya, bu adamlar da kanalın içində lapedin altında qalıblar boğulublar. Laped bunların üstünə aşıb. Hadisə törədən İmanov Əjdər Xudaverdi oğlu rəhmətə gedən İmanova Məlahətin həyal yoldaşıdır. Biri də qaynı arvadı. O birilər bunun qızıdır.”

    “Yəni hadisə qəfildən baş verib. Sürücünün ailəsidir. Hazırda araşdırma gedir. Həmi vaxtı İmanov Əjdərin oğlu, İmanov Xalid də hadisə yerində olub, amma sürən Əjdər olub. Araşdırılacaq və günahkar kimdirsə cəzalarını alacaqlar. Mən də hazırda burda, hüzür yerindəyəm. Dəfn mərasiminin bütün xərclərini İcra hakimiyyəti qarşılayacaq.” – Deyə rayon icra başçısı Nazim İsmayılov bildirib.

    Qeyd edək ki, rayonun Şəhriyar kəndində baş verən qəzada traktorun qoşqusunda olan 7 nəfərdən 6-ı ölüb 1-i sürücü olmaqla 2 nəfər yaralanıb.

    Ölənlər:

    1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı

    2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı

    2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı

    1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı

    1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı

    1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı

    Yaralılar:

    1996-cı il təvəllüdlü Dadaşova Sona İmran qızı

    1994-cı il təvəllüdlü İmanov Xalid Əjdər oğlu