İcra başçısı 1-ci müavinini işdən çıxardı – Əhəd Abıyevin qardaşıdır

    3

    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.

    Hurriyyet.org xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb. N. Abıyev yaş həddiylə bağlı işdən azad olunub. 

    Qeyd edək ki, N. Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.

    N. Abıyev mətbuatdan bu məsələ barəsində narahat edilməməsini xahiş edib.