İcra başçıları və deputatlar qorxu içində – Koronavirus müayinəsi üçün xaricə axışırlar

    18

    Son günlər dünyada böyük ajiotaja səbəb olmuş, habelə 3000 nəfərdən çox insanın ölümüylə müşayət olunan koronovirus qorxusu yerli məmur və deputatları da əndişələndirib. Bu barədə jamaz.info-ya verilən məlumatda deyilir ki, artıq bir neçə icra başçısından tutmuş, bir o qədər deputat və məmur da koronovirusdan qorunmaq üçün mütəmadi müayinə olunmağa başlayıblar.  

    Məlumatda deyilir ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycan məmur və deputatları yoxlanışı yerli səhiyyə ocaqlarına deyil, yaxın və uzaq ölkələrin xəstəxanalarına etibar ediblər. Jamaz.info-ya daxil olan bilgilərdən belə məlum olur ki, iki gün əvvəl Sumqayıtın icra başçısı təcili olaraq, ailə üzvləri ilə birlikdə Türkiyəyə gedib. Və orada tanınmış klinikalardan birində müayinə olunub.

    Amma xaricə üz tutan təkcə Zakir Fərəcov olmayıb. Həmçinin Füzulinin icra başçısı Alı Alıyev, Samuxun icra başçısı Alı Qocayev, Astaranın icra başçısı Qəzənfər Ağayev, habelə Ağdam, Ağcabədi və Bərdənin icra başçıları Vaqif Həsənov, Rafil Hüseynov və Vidadi İsayev də sumqayıtlı həmkarları kimi davranıblar. Onların bəziləri Türkiyəyə, bəziləri də Rusiya klinikalarında müayinədən keçiblər. Məlumatı verən mənbə qeyd edir ki, son günlər xaricə koronovirus müayinsəi üçün üz tutan icra başçıları və məmurların siyahısı bununla yekunlaşmır. Onların sayı çoxdur və bu barədə geniş məlumat verəcək.  

    Maraqlı məqamlardan biri də odur ki, proses təkcə, icra başçıları ilə kifayətlənməyib. Həmçinin deputatlardan da qorxu içində olanlar var. Və onlar da xarici xəstəxanalara baş vurublar. Jamaz.info-ya həmin deputatların bir qismi barədə məlumat daxil olsa da, hələlik adlarını açıqlamırıq. Belə ki, bununla bağlı kiçik araşdırmaya zərurət yaranıb ki, yaxın saatlarda onların kimliyi ilə bağlı geniş məlumat verəcəyik.