İCRA BAŞÇISI VƏ MÜHAFİZƏÇİSİ GÜLLƏLƏNDİ – Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi hadisə yerində ölüb- YENİLƏNDİ – 3

    21

    Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına silahlı hücum olub.
    Hurriyyet.org xəbər verir ki, report-un hüquq–mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə nəticəsində icra başçısı Elmar Vəliyev ağır yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.
    İcra başçısı ağır yaralı vəziyyətdə Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.
    Bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.
    Faktla bağlı Daxili İşlər Nazirliyi məlumat yayacaq.

    *** 22:09

    İcra başçısına tapançadan 3 dəfə ATƏŞ AÇILDI

    Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.
    Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan şəxs olduğu bildirilir.
    Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.
    FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

    *** 22:03

    Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.
    Hurriyyet/org-un apa-ya istinadən verdiyi məlumata görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.
    Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralandığı bildirilir.
    İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.
    Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.
    Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.