İCRA BAŞÇISINDAN HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HÖRMƏTSİZLİK – Mərhum prezidentin adını daşıyan mərkəz və bulaq sökülüb-dağılıb

2295

Bu gün – 2020-ci il dekabrın 12-də Heydər Əliyevin vəfat etməsindən 17 il ötdü. Təəssüf ki, belə bir gündə Goranboy rayon ərazisində yerləşən Heydər Əliyev Mərkəzi icra başçısı Məhərrəm Quliyevin diqqətindən kənarda qalıb.

Belə ki, mərkəzin ərazisi sökülüb-dağılıb, orada yerləşən bulaq bərbad, su kranları səliqəsiz və qırılmış vəziyyətdədir.

Sabiq icra hakimi Nizaməddin Quliyevdən sonra rayonda vəziyyət dəyişməyib. Təsadüfi deyil ki, hətta H.Əliyevin adını daşıyan Mərkəzin ərazisi çox səliqəsiz vəziyyətdədir, həyəti natəmiz saxlanılır. Həmçinin, Heydər Əliyevin heykəlinin yanında ucaldılmalı olan dövlət rəmzlərindən olan bayrağımız da yoxdur.

Görəsən rayon icra başçısının bu park və mərkəzə etinasız, hörmətsiz yanaşmasının səbəbi nədir?! Prezident İlham Əliyevin etimadı sayəsində milyonlar qazanan icra başçısı, görəsən, onun atasına, mərhum dövlət başçısına qarşı bu cür sayqısızlıqla nə demək istəyir?!