İcra başçısı yas mərasimi belə dayandırdı – Video

108

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, iyulun 4-də Qərargaha rayonun Aşağı Seyfəli kəndində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.

Şəmkir RİH başçısı Alimpaşa Məmmədov və Rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıblar.

Mərasimi təşkil edən şəxslər cəzalandırılıb. Yas mərasimində iştirak edən kənd sakinləri barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb. Eyni zamanda qadağalara baxmayaraq mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. \\Teleqraf