Zərdab sakinləri prezidentə müraciət etdi

138

“Gödəkqobuda yerləşən 3 böyük təbii göldən hər il tonlarla balıq satılır. Əldə olunan gəlirdən dövlətə vergi yox, icra başçısı Mərdan Camalzadəyə haqq verilir”

Zərdab rayonu, Gödəkqobu kənd sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktiubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçilər yazır:

“Biz, bu şikayət ərizəsini aşağıda imza edənlər, Zərdab rayonu Gödəkqobu kənd sakinləri icra başçısı Mərdan Camalzadənin yarıtmaz fəaliyyətinə və üzləşdiyimiz qanunsuzluqlara görə intihar həddinə çatmış, yaxud da Azərbaycan respublikasının vətəndaşlığından imtina etmək məcburiyyətində qalmışıq.

Belə ki, bizim şikayətlərimizə baxılmır, bunun üçün üzləşdiyimiz problemlərə görə əziyyət çəkirik, üstəlik, dövlət büdcəsinə küllü miqdarda ziyanlar dəyir.

Zərdab Rayon İcra Hakmiyyətinin başçısı vəzifəsinə yeni təyin olunduğu vaxtlarda Mərdan Camalzadə bizi qəbul edib, uzağı 10 gün müddətində araşdırıb, problemi həll edəcəyinə söz versə də, heç bir tədbir görmədi. Çünki Mərdan Camalzadəni ancaq öz maraqları düşündürür. Bu adam heç vaxt vətəndaşların problemin həll etməyib. Şirvan şəhərində necə idi, Zərdab rayonunda da elə yarıtmaz fəaliyyəti ilə insanların nifrətin qazanıb.

Zərdab rayonu Gödəkqobu kəndində örüş torpaqları bir qrup işbazlar tərəfindən zəbt edilib. Ərazi qanunsuz əkilib, bələdiyyəyə məxsus torpaq sahələrinin böyük hissəsi saxta müqavilə sənədləri əsasında uzunmüddətli icarə adı ilə tutulub. Üstəlik, özümüzə məxsus əkin sahələrimizi sulaya bilmirik. Çünki kənd sakinlərinə ayrılan su kənddə zəbt olunmuş 3 böyük təbii gölə verilir. Hansı ki, həmin göllərin saxta sənədlərlə icarəyə verilməsi subut olunub.

Həmin təbii göllərin saxta icarə müqavilələri ilə zəbt edilməsi barədə aidiyyatı qrumlara, o cümlədən də icra başçısı Mərdan Camalzadəyə ərizələrlə müraciətlər etmişik. Ancaq heç bir araşdırma aparılmayıb, tədbir görülməyib.

Gödəkqobu kənd Su Asossaiyasının müdiri Əlif Paşayev kəndə ayrılan suyu əmisi oğlu Şahin Paşayevin zəbt etdiyi 10 hektar ərazini əhatə edən təbii gölə verir. Şahin Paşayev həmin göldə yetişdirdiyi balıqları quş zığı ilə qidalandırıb əhaliyə satır. Bu isə insan orqanizmi üçün ciddi təhlükə yaradır.

Şahin Paşayev adlı işbaz təbii gölün üzərində qanunsuz olaraq mişar daşından böyük imarət inşa etdirib. Şahin Paşayev adlı işbaz baramaçılığın inkişafı üçün salınmış 3 hektar tut bağını qanunsnuz olarq kəsdirib, yerində meyvə ağacları əkmişdir.

Gödəkqobu kəndində yerləşən 17 hektar ərazini əhatə edən təbii gölün biri isə icra başçısının Səməd adlı köməkçisi tərəfindən zəbt edilib. Həmin gölə nəzarəti Pərviz Həmidov adlı kənd sakininə tapşırıb.

Gödəkqobuda yerləşən 3 böyük təbii göldən hər il tonlarla balıq əldə edilib, satılır. Əldə olunan gəlirdən dövlətə vergi yox, icra başçısı Mərdan Camalzadəyə haqq verilir.

Kənd sakinlərinə su zülmü yaşadan icra başçısı Mərdan Camalzadə və Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev sanki Zərdab rayonu Gödəkqobu kənd sakinlərinə qənim kəsiliblər.

Mərdan Camalzadə Zərdaba icra başçısı təyin olunandan bir neçə gün sonra iclas keçirdi, kənd sakinlərini qəbul etdi, komissiya yaradılmasına tapşırıq verdi. Guya məqsədi kəndlərdə zəbt edilmiş, qanunsuz əkilmiş örüş torpaqlarını azad edib, sakinlərin istifadəsinə qaytarmaqdı. Ancaq sonradan işbazların gücü və Mərdan Camalzadənin iştahı zəhmətkeş insanlara qalıb gəldi.

Mərdan Camalzadənin yaratdığı komissiya formal xarakterli işlər görür. Kənddə gəlib boş-boşuna iclas keçirib, şəkil çəkdirib getdilər. Ancaq heç bir problem həll edilmədi, necə deyərlər “köhnə hamam, köhnə tas”. Həmin komissiyanın üzvüləri İcra Hakimiyətində şöbə müdiri Ramiz Məmmədov, YAP-ın Zərdab rayon Təşkilatının sədri Pərvin Mahmudova və “Aqrolizinq” ASC-nin Zərdab rayon şöbəsinin müdiri Namiz Rüstəmovdur.

Gödəkqubu kəndinin 3000 nəfər əhalisi var. Əhalinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Suyun olmaması, örüş torpaqlarının zəbt edilərək əkilməsi, 3 böyük təbii gölün saxta sənədlərlə tutulması kənd əhalisin dilənçi günündə yaşamasına səbəb olub. Kənd bələdiyyəsinin sədri Kapitay İxtiyarov uzun müddətdir bu vəzifəni tutub, idarəni atasının əmlakı kimi idarə edir.

Zərdab sakinləri sevindilər ki, Lütvəli Babayev getdi, işləyən birisi gəldi. Ancaq belə olmadı, Mərdan Camalzadə öz fəaliyyətsizliyi və korrupsiya əməlləri ilə Lütvəli Babayevin ölənlərinə rəhmət oxutdurur.

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Sizdən çox-çox xahiş edirik, şikayət ərizəmizdə yazdığımız faktları yerində, bizim iştirakımızla obyektiv araşdırıb, qanuni tədbirlər görəsiniz”.

Qeyd edək ki, müraciətə aşağıda adları sadalanan sakinlər imza atıb:

Əzizov Abduləli Namizəd oğlu – AZE 15848976;

Əhədov Abdulhəmid Abduləhəd oğlu – AZE 16574957;

Əhədzadə Ramin Abdulhəmid oğlu  – AZE 16574467;

Rüstəmov Müslət Məhəmməd oğlu – AZE 08585234

Dadaşov Daşqın Tapdıq oğlu – AZE 08585539

Nemanov Əfqan Məhəmməd oğlu – AZE 13715368

Eyvazov Nuru Sərdar oğlu – AZE 09454973

Musayev Ruslan Əkbər oğlu – AZE 07070937

Aslanov Məzahir Məhəmməd oğlu – AZE 15711558

İbadov Elməddin Əhməd oğlu – AZE 0576319

Seydov Faxrəddin Seyd oğlu – AZE 16575010

Zahidov Sehran Zahid oğlu – AZE 17350135

Əhmədxanzadə Fuad Mehman oğlu – AZE 0583227

Rüstəmov Xəyal Eldar oğlu – AZE 17484205

Cavadov Mətləb Pənah – AZE 1137018

Cəlilov Seyfəddin Yunus oğlu – AZE 0737598​​​​​​

İsmiyev Temur Qasan oğlu – AZE 15712151

Bozayev Rəşad  İsrafil oğlu – AZE 15711829

Məmmədov Famil Qabil oğlu – AZE 15848976

Məmmədov Oktay Qabil oğlu – AZE 16578120

Eminov Eşqin İsrafil oğlu – AZE 08587701

Ağaməmmədov Şahin Şıxlı oğlu – AZE 17350091

Ağaməmmədov Şıxəli Şəxlı oğlu – AZE 15847532

 Zahidov Pəviz Fərrux oğlu – AZE 15711724

 Cavadov Nicat Mətləb oğlu – AZE 15711561

 Əhədov Elçin Ata oğlu – AZE 16541024

 İsayev Vurğun Yaqub oğlu – AZE 13713360

Cəlilov Bilal Səməd oğlu – AZE 07071114

 İsayev Rza Yaqub oğlu – AZE 15710562

 Cəlilov Fərid Nəbi oğlu – AZE 17376549

 Əliyev Asif Ağasəf oğlu – AZE 13438825

 Nemanov Xələf Məhəmməd oğlu

 Əhədov Xaləddin Ələmdar oğlu – AZE 15710235

 Davudov Qüdrət Həmzət oğlu

 Soltanov Aslan Əhməd oğlu – AZE 07856580

 İsayev Rəsul Yaqub oğlu – AZE 12430839.

Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.