İcazəsiz reklam vuranlar cəzalandırılacaq – XƏBƏRDARLIQ – VİDEO

    9

    Paytaxtın müxtəlif yerlərində qanunsuz olaraq müxtəlif reklamlar yapışdırılır.

    Hurriyyet.org-un məlumatına görə, Bakı şəhərinin müxtəlif yerlərində divarlara, metronun havalandırma borularının üzərində tez-tez kortəbii yapışdırılmış reklamları görmək mümkündür.

    Dövlət Reklam Agentliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri bildirir ki, belə hallarla mübarizə aparılır. İlk olaraq isə bunu edənlərin maarifləndirilməsi üçün tədbirlər görülür.

    Ancaq şəhərin müxtəlif yerlərinə qanunsuz olaraq elan yapışdıran şəxslər xəbərdarlıqlara məhəl qoymazlarsa, onda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.

    Qurumun sözçüsü onu da qeyd etdi ki, "Reklam daşıyıcılarının onlayn qeydiyyat" sistemi qısa zamanda istifadəyə veriləcək. Bununla da reklam vermək istəyən şəxslər ərazidən asılı olaraq xərclərini avtomatik öyrənə biləcək. Bu isə reklam sahəsində həm şəffaflığı təmin edəcək, həm də reklam vermək üçün əlavə vaxt itkisnə ehtiyac qalmayacaq. \\XəzərXəbər

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: