İcazə üçün SMS-lərə ən gec bir saata cavab veriləcək

51

"Biz gözləyirik ki, evdən çıxmağa icazə üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlər olacaq. Onun üçün vətəndaşlardan səbrli olmağı xahiş edirik".

Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov deyib.

C.Salmanov bildirib ki, cavablar 5-10-15 dəqiqə gecikə bilər: "Ümumiyyətlə, biz planlaşdırıq ki, SMS-lərə ən gec bir saat ərzində cavab verilə bilər. Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə alsınlar. Bir saat qabaqcadan öz müraciətlərini etsinlər. Əgər onların müraciətindən sonra icazə SMS-i almayıblarsa, vətəndaşlar səbrli olsunlar. Ümumiyyətlə, cavab gəlməsə, aidiyyatı üzrə Çağrı mərkəzinə – "9108" nömrəsinə müraciət etsinlər"./azvision.az/