İcazəsi ləğv olunanlar bunu necə bilməlidir? – RƏSMİ

36

Xüsusi karantin dövründə icazə ləğv olunan zaman həmin təşkilatın elektron kabinetinə məlumat göndərilir.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, hər bir müəssisənin icazə sistemi ilə işləyən məsul şəxsləri mütəmadı olaraq həmin müəssisənin sistemdə olan kabinetinə daxil olub kimin icazəsiunin ləğv edilib edilməməsinə baxa bilər. O qeyd edib ki, işçilər özləri də bunu edə bilər./Trend/