İbrahim Tatlısəs oğlundan polisə şikayət etdi

132

Türkiyənin məşhur müğənnisi Ibrahim Tatlısəs oğlunu ailə sirlərini yaymaqda ittiham edib.

Yenisabah.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda paylaşım edən sənətçi bunu edənin öz yaxını olduğunu bildirib: “Aramızdakı “köstəbəyi” tapmağa az qalıb. Məncə o özü üzə çıxsa, rahatlaşar, biz də sakitləşərik. Amma yaxın adamım olduğunu bilirəm. Tam əmin olmalıyam. Günahını boynuma götürmək istəmirəm. Həm də onu çox sevirəm. Axı nə üçün?”

Bundan sonra, İ.Tatlısəs oğlu Əhməd Tatlını hüquq mühafizə orqanlarına şikayət edib. Ə.Tatlı polis idarəsinə gələrək ifadə verib. Sənətçinin doğma oğlunu polisə şikayət etməsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

İbrahim Tatlısəs oğlundan polisə şikayət etdi – Səbəb