“İbrahim razılaşması”. ABŞ-ın vasitəçiliyi ilə BƏƏ, Bəhreyn və İsrail arasında müqavilənin səbəbləri maraq doğurur

183

Hurriyyet.org xəbər verir ki, Ağ Evdə BƏƏ, Bəhreyn və İsrail dövlətlərinin nümayəndələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı “İbrahim razılaşması” adlı mətn imzalanıb.

ABŞ prezidenti Donald Trampla birlikdə imzalama mərasimində İsrailin baş naziri Binyamin Netanyahu, BƏƏ Xarici İşlər naziri Abdullah ibn Zayid və Bəhreyn Xaric İşlər naziri Əbdullətif ibn Rəşid əz-Zeyani iştirak ediblər. Tramp daha yaxın zamanda əlavə olaraq 5-6 ölkənin ölkənin daha yaxın zamanda İsrail ilə razılaşma imzalayacağını söyləyib. Tramp deyib: “Türizmdən ticarətə, səhiyyədən təhlükəsizliyə qədər geniş arealdakı sektorlar da güclü əməkdaşlıq qurmağa başlayacaqlar”. Tramp İbrahim razılaşması barəsində deyib: “Bütün dünyadakı müsəlmanlara İsraildəki müqəddəs məkanları ziyarət eləmək və Məscidi Aksada sülh içərisində ibadət eləməyin qapılarını açıb”.

Trampın kürəkəni Kuşner Bəhreyn kralı Əl Xəlifəyə “Tövrat” kitabını hədiyyə edib.

Fələstinlilər ABŞ prezidenti D.Tramp İsrail Baş naziri Netanyahu Bəhreyn kralı İsa əl Xəlifə və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayedin fotolarını yandıraraq və “Fələstinə xəyanət islama xəyanət” deyə şüarlar səsləndiriblər. Razılaşmanın imzalandığı Ağ Evin qarşısında etiraz nümayişləri keçirilib.

Ağ Evdəki imzalama mərasimi bir çox suallar doğurub. Məsələn, Netanyahu Xarici İşlər nazirinin vəkalətini alaraq imza atıb. Bu tələskənliyin səbəbinin Netanyahunun, yoxsa,  Trampın seçkilərdə uduza biləcəyi olduğunu qeyd edənlər vardır.

Bəhreyndən olan nazir isə razılaşmanın səbəbinə işarə vuracaq açıqlama verib: “İrana qarşı ABŞ-ın dəstəyi lazımdır”.