I Divizionda yeni mövsümün püşkü atıldı

30

Futbol üzrə Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün püşkatma mərasimi keçirilib.

“Report”un məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbir klub və KİV nümayəndələri üçün qapalı olub.

Ötən mövsümdən fərqli olaraq çempionat 10 komandanın iştirakı ilə 3 dövrədən ibarət olacaq.

2020/2021 mövsümü

I tur

“Keşlə-2” – “Kəpəz”

“Sumqayıt-2” – “Qarabağ-2”

“Qaradağ Lökbatan” –  MOİK

“Turan Tovuz” – “Zaqatala”

“Neftçi-2” – “Sabah-2”

Qeyd edək ki, I Diviziona oktyabrın 1-də start veriləcək.